gundem / siyaset
15.07.2021, 13:52
ATMU və Polşa Universiteti arasında müqavilə imzalandı
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti ikitərəfli əməkdaşlığa dair Anlaşma memorandumu ilə bərabər, daha bir sənədə - tələbə mübadiləsinə dair razılaşma müqaviləsinə imza atıblar.
dogruxeber.tv Unikal.org a istinadən xəbər verir ki, uyğun sənəddə tələbə mübadiləsi, birgə təhsil proqramları və tədqiqat layihələrinin genişləndirilməsi təklifləri əksini tapıb. Anlaşma memorandumunun şərtlərinə əsasən tərəfdaş universitetlər 2021/2022-ci tədris ilindən tələbə mübadiləsinə başlayacaqlar. Həmçinin, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti əməkdaşlığın digər formalarını da inkişaf etdirməkdə maraqlıdır.



