Qarabağla bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətindən NARAZILIQ: - "İnformasiya resursu yoxdur"


“Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur”.

dogruxeber.tv Yenicag.az a istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının fəaliyyəti ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Qərargahla bağlı informasiya resursunun indiyədək hazırlanmaması maraq doğurur:

“Ötən müddət ərzində Qərargahın və Mərkəzin nəzdində yaradılan müxtəlif istiqamətlər üzrə İşçi Qrupları xeyli sayda işgüzar görüşlər və səfərlərlər təşkil etsə də, informasiya resursu ilə bağlı rəsmi məlumat yoxdur. Qurum sadəcə zaman-zaman görülmüş işlərlə bağlı məlumatları açıqlayır. Hansı layihələrin və proqramların işğaldan azad olunan ərazilərdə icrasına başlanıldığı, hansıların planlaşdırıldığı, prosesdə iştirak edən qurumlar və podratçı təşkilatlar haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Lakin hazırda bu tip məlumatları dağınıq formada müxtəlif media resurslarından əldə etmək olur. Düşünürəm ki, Qərargahın internet resursunun, onun sosial media hesablarının hazırlanması, ən azı dövlət başçısının rəsmi saytında ayrıca bölmənin yaradılması, istiqamətlər üzrə məsul şəxslərin əlaqə imkanlarının yerləşdirilməsi, prosesə töhfə verə biləcək qurumlar və şəxslər üçün iştirak imkanları haqqında məlumatların burada açıqlanması faydalı olardı”.

Qeyd edək ki, ötən il 24 noyabr tarixdə prezident İlham Əliyevin sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri vəzifəsinə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev təyin olunub. Qərargahın nəzdində katiblik, kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz də formalaşdırılıb.

Son xəbərlər

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Bütün xəbərlər