"Hələ utanmadan rezidentura təhsili də verir" – Tanınmış həkim Tibb Universitetinin fəaliyyətindən gileyləndi

Hazırda ABŞ-da yaşayan tanınmış azərbaycanlı həkim, Teksas Uşaq Xəstəxanasının klinik təlimatçısı Yusif Hacıyev Azərbaycan Tibb Universitetinin fəaliyyətini tənqid edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yazıb. Y. Hacıyev bildirib ki, Tibb Universitetində, tədris üsulu yanlışdır və burada, hazırda da köhnə məlumatlardan istifadə olunur:
“Ha öz-özümü inandırmağa çalışıram ki, səhiyyəmiz düzələcək, amma Tibb Universitetinə baxdıqca ümidim sönür. Qızıl kimi qaymaq uşaqları yığırlar, 6 ilin sonunda yoğun bir mübarizədən çıxmış, yorğun, kimi sönmüş, kimi ümidsiz, kimi ölkədən çıxmağa yollar axtaran parlaq uşaqlar…
6 il boyunca əzilmiş, qorxudulmuş, mənasız köhnə ədəbiyyatı səhərə kimi əzbərlədən, Lenin illərindən qalan məlumatlarla vaxtlarını alan bir məktəb. Hələ utanmadan rezidentura təhsili də verir”.
Yusif Hacıyev xaricdə tibb sahəsində təhsil alan azərbaycanlı gənclərin də ölkədə öz potensiallarını göstərə biləcəkləri səhiyyə müəssisəsinin olmadığını bildirib:
“Bir dəyərli həkim dostumuz Türkiyədə ixtisas alıb, üstünə də 2-3 il dar ixtisas alıb. Düşündüm ki, bu insan ölkəyə qayıtsa, harada işləyib yığdığı potensialı maksimum istifadə edə bilər?
O qədər cavan məzun idealist həkim yoldaşlar var ki, xaricdə təhsil alıb, üstünə yan dal eləyib (ikinci təhsil) ölkəsində bir məktəb bünövrəsi qoyacaq potensiala sahibdir. Amma gəlib harada bu təcrübəsini paylaşsın? Gedib özəl klinikaların birində günlük çörəkpulu qazanmağın dərdinə düşəcək bir müddətdən sonra. İçindəki akdemik həvəs də illər sonra sönüb gedəcək. Ya da xaricdə qalıb, olduğu ölkədə istədiyini edəcək və hərkəs səmimi və ya qeyri səmimi "səninlə fəxr edirik" deyəcək.
Səhiyyə, sığorta və s. Əlbəttə bunlar lazımdır, amma bəs təhsil?
P. S. Bu quruma ömrümün 7 ilini vermişəm”.
Tanınmış həkim özünün də 7 il bu universitetin əməkdaşı olduğunu xatırladıb.

Oxunub: 611

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər