Pul verəndə alırlar, axırda da diplomu tanımırlar - Qanunsuz təhsil böhranı

dogruxeber.tv: - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Xaricdə təhsil şirkətləri bu universitetlərə tələbə qəbulu elan edirsə, diplomların tanınmaması kimin məsuliyyətindədir?
Abituriyent universitetə daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda iştirak edib diplom alır. Sonda isə diplomunun tanınmamasına qərar verilir.

Təhsil məsələləri ürə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına bildirib ki, bu akkreditasiya ilə bağlı bir məsələdir. Əgər bir universitet öz ölkəsinin nazirliyi və akkreditasiya qurumu tərəfindən akkreditasiyadan keçibsə, deməli, həmin universitetin diplomu tanınır. Əgər həmin universitet akkreditasiyadan keçməyibsə, deməli, həmin universitetin diplomu ölkəmizdə təsdiq olunmur. O ki, qaldı bu gün diplomu tanınmayan universitetlərin diplomunun 10 il əvvəl tanınmasına, bu bir qədər qarşıq məsələdir.

Azərbaycanın özündə də bəzi universitetlər olub ki, indi yoxdur:

“Məsələn ABU və Təfəkkür Universiteti indi yoxdur. Abituriyentlər elə bir dövrlə qarşılaşa bilərlər ki, tələbə qəbulu reallaşa bilər, amma tələbə qəbulu reallaşndan sonra universitet akkreditasiyadan keçmədiyi üçün onların məzunlarını məzun edə bilməzlər. Həmin univeristetlərin tələbələri başqa univeristetlərə imtahansız keçməlidir. Ona görə də valideynlər də, abituriyentlər də, xaricdə təhsil şirkətləri də çox ayıq-sayıq olmalıdır. Əks halda abituriyentlər aldana bilər”.

Diplomu Azərbaycanda təsdiqlənməyən univeristetlərin müəyyən məbləğ qarşılığında təsdiqlənməsi məsələsinə gəldikdə isə, Qoşqar Məhərrəmov qeyd edib ki, nastrifikasiya əvvəllər ola bilərdi:

“İndi inanmıram ki, diplomu tanınmayan universitetlərin diplomu nastrifikasiya yolu ilə tanınsın”.

Oxunub: 836

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər