“Onlar yerli buğda istehsalına imkan vermir” - Ölkədə dəyirman monopoliyası da varmış

dogruxeber.tv: - Rusiyanın buğda istehsalında kəskin azalma gözlənilir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi planetimizi təhdid edən hava fəlakətləri fonunda bütün dünyada taxıl yığımı ilə bağlı proqnozları kəskin şəkildə aşağı salıb.

Agentliyin açıqladığı aylıq hesabata görə, ən böyük istehsalçılardan biri olan Rusiyada məhsul yığımı ilkin təxminlərdən 15% və ya 12,5 milyon ton aşağı - 72,5 milyon ton olacaq.

Əvvəl proqnoz 85 milyon ton idi. "SovEkon" analitik mərkəzinin rəhbəri Andrey Sizov qeyd edir ki, uzun illərdir ki, Rusiya üçün reytinqlərdə bu qədər kəskin azalma olmayıb. Sizovun sözlərinə görə, əlverişsiz hava istehsalın azalmasına səbəb olur: "Çox isti hava, xüsusilə Tatarıstan, Başqırdıstan və Orenburq kimi böyük istehsal bölgələrində yaz və qismən payızlıq buğdanın məhsuldarlığına mənfi təsir göstərib".

Qeyd edək ki, Azərbaycan buğda ilə bağlı tələbatını ödəmək üçün idxala üstünlük verir. Bu gün taxıl idxal etdiyimiz əsas ölkələrdən birinin də Rusiya olduğunu nəzərə alsaq, burada buğda istehsalında baş verən azalma ölkəmiz üçün hansı problemlər yarada bilər?

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı Cebhe.info-ya bildirdi ki, un istehsalı üçün lazım olan buğdanın xeyli hissəsini xarici ölkələrdən, Rusiya, Qazaxıstan, zaman-zaman Ukrayna, Türkiyədən idxal edirik:

“Həmin ölkələrdən idxal etdiyimiz adətən yumşaq buğdadır və Azərbaycanın böyük dəyirmanları bu yumşaq buğdanı üyütmək üçün qurulub. Zamanında bütün bölgələrimizdə dəyirman şəbəkəsi vardı və o, yerli sərt buğdanı üyüdə bilirdi. Sonra o dəyirmanlar söküldü, dağıdıldı. Bir neçə böyük dəyirman inhisar şəklində qaldı. Biz əvvəlki dəyirman şəbəkəsini bərpa etsək, yerli buğdanı una çevirmək imkanlarımız var. Yerli daha təmiz, kalorili, vitaminlərlə zəngin, faydalıdır, nəinki idxal olunan. O ki qaldı Rusiyaya, bu ölkə həm idxala, həm də ixraca müəyyən məhdudiyyətlər gətirir. Bu, həmişə iqtisadi səbəblərlə bağlı olmur. Ona görə də nəinki kənd təsərrüfatımızı inkişaf etdirməli, həm idxal, həm də ixracat coğrafiyasını genişləndirməliyik ki, bu sahədə bir neçə ölkəyə bağlı qalmayaq”.

Ekspert bildirib ki, ölkəmizdə uzun illərdir orta hesabla 3 milyon tondan artıq taxıl istehsal edilir:

“Onun da təxminən 1 milyon 700 min tonu buğdadır. Təəssüf ki, o buğda əksər hallarda heyvan yemi olaraq istifadə edilir. Əziyyətlə yetişdirilən buğdanın az miqdarda hissəsini un kimi istifadə edirik”.

Digər tərəfdən, hazırda buğda istehsalının artması üçün yeni imkanlar da ortaya çıxıb ki, bu da işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatına cəlb edilməsi ilə bağlıdır:

“Biz həmin 3 milyon yarım ton buğdanı işğaldan azad edilmiş torpaqlardan əlavə istehsal edirik. İndi o istehsalı rahatlıqla 4 milyon tona çatdırmaq olar. Sadəcə ölkəmizdə dəyirman şəbəkəsinin bərpa edilməsi Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Bunun üçün xüsusi proqram hazırlanmalıdır. Bölgələrdə orta, bəzən kiçik sahibkarlara imkan verilməlidir ki, dəyirmanları onlar qursun. Dəyirmanları inhisardan çıxarmaq lazımdır. Bu, hədsiz dərəcədə önəmli məsələdir. Bunun üçün həmin dəyirmanları açmaq istəyən şəxslərə uzunmüddətli, ucuz kreditlər verilməlidir. Qardaş Türkiyədə çox böyük dəyirman istehsalı var.

Xüsusilə də Konya vilayətində çox sayda müəssisə var. Həm dəyirman avadanlıqları, həm də mütəxəssislərin yardımından istifadə edib ölkəmizdə ərzaq təhülkəsizliyini daha yaxşı təmin edə bilərik. Rusiyanın idxal-ixracın məhdudlaşdırılması ilə bağlı qərarları olur. Konkret olaraq ərzaq təhlükəsizliyini öz gücümüzə təmin edəcək potensialımız var. Kənd təsərrüfatımız istiqamətini ekstensiv yoldan intensiv yola çevirməlidir. İntensiv təsərrüfat üsullarından istifadə etsək, həm məhsulun həcmi artacaq, həm ixracat imkanları genişlənəcək, həm də nəticə etibarilə istehlakçıları ölkədə yetişdirilən məhsullarla təmin edəcəyik ”.//dia.az

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər