Laba Şərurlu Isfəndiyarı niyə döydü? - İLGİNC FAKT

DogruXebər.az : - Tanınmış jurnalist Məhəmmədəli Qəribli tikinti maqnatı Isfəndiyar Axundovla bağlı maraqlı məqamları əks etdirən yazı ilə çıxış edib. DİA.AZ Cumhuriyyet.az-a istinadən olaraq həmin yazını olduğu kimi dərc edirik:”Mən əslən Şərur rayonundanam. Bilirsiniz ki, Azərbaycanda adamın məhz hansı rayondan olduğunu tez-tez soruşurlar.
Artıq neçənci dəfədir şərurluyam deyən kimi “Şərurlu İsfəndiyarın yerlisisən?” sualını verirlər. Yəqin ki, söhbətin hansı İsfəndiyardan getdiyini bildiniz.
Bu şəxs adının qabağına böyük bir rayonun adını yapışdırıb özünə və doğmalarına milyonlar yığmaqla məşğuldu. İş burasındadır ki, öz əməlləri ilə rayonun adını hörmətə mindirmir, əksinə, biabır edir.
İstəsəniz internet axtarış sistemində bu adla bağlı sorğu verib yoxlaya bilərsiniz. Qarşınıza ancaq İsfəndiyarın pis əməllərilə bağlı “Şərurlu İsfəndiyar bir evi 3 adama satdı”, “ Vətəndaşlar Şərurlu İsfəndiyardan verdikləri pulu ala bilmir” və buna bənzər olan məlumatlar çıxacaq.
Onda sual oluna bilər: İsfəndiyar bir rayonun adını batırırsa, niyə bununla bağlı həmin rayonun hörmətli adamları ona öz iradını bildirmir? İş burasındadır ki, mən buna kəskin etiraz etmişəm hətta bir neçə yazı da yazmışam.
Yenə dərhal hərəkətə həmkarlarımız keçdi və gedib İsfəndiyardan müsahibə götürdülər. Dedi ki, ona heç Şərur adı lazım deyil, sadəcə, adamlar onu iradəsindən xaric belə çağırır.
Həmin müsahibəsində dedi ki, onun əsli heç şərurlu deyil. Həm də etiraf etdi ki, yazıb oxumağı belə bacarmır, ancaq kifayət qədər pulu var.
Hətta bütün nəvə – nəticələrinə bəs edəcəyini bildirdi. Dediklərinin hamısı düzdür, bir şərurlu adını öz istəyilə kleyləmək istəmədiyindən başqa.
Mənə elə gəlir ki, bu məsələdə bizə əslən şərurdan olan “Laba” ləqəbli Mübariz Pənahov kömək edə bilər.
Mübariz müəllim də əslən şərurludu və pulu İsfəndiyardan da çoxdu. Yadımdadır ötən əsrin 90-cı ilin əvvəllərində Mübariz Naxçıvanda İsfəndiyarı yaxşı döyüb.
Söhbət Mübarizin ələ keçirdiyi muzeyin damının təmiri ilə bağlı olmuşdu. Həmin vaxt Mübariz Şərur rayon diyarşunaslıq muzeyini özünə idman zalı etmişdi. İsfəndiyar da tikinti idarəsindən birinə rəhbərlik edirdi.
Onda Mübarizin binanın damını təmir etmək tələbini geri çevirmək onun döyülməsi ilə nəticələndi. İndi yaxşı olar ki, Mübariz müəllim gedib İsfəndiyardan bu biabırçılığa son qoymağı tələb etsin.
Şərurdan olan başqa bir tanınmış iş adamı da var. “Veysəloğlu” Şirkətinin prezidenti Aydın Talıbov. Həm Aydın bəy, həm də İsfəndiyar müəllim eyni kəndəndirlər.
İş burasındadır ki, Aydın müəllimin adı İsfəndiyar kimi mənfi reputasiyada hallanmır. Kifayət qədər də xeyriyəçiliklə məşğuldur. Ancaq heç vaxt adının reklam olunmasını istəməyib.
Yalnız mən bir neçə tənqidi məqalə yazandan sonra Aydın müəllim çıxıb müsahibə verdi. Mən bu adları ona görə çəkirəm ki, bu adamları da doğulub boya-başa çatdıqları rayonun adının pis mənada hallanması narahat etməlidir.
Mənim gücüm bu məsələni ictimailəşdirməyə çatır. Bunu da edirəm”.

Oxunub: 562

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər