"Ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdı” - RƏY

dogruxeber.tv: - "Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə günlərində Rusiya Prezidenti Vladimir Putinə az qala hər gün zəng edir, Azərbaycanı dayardırmaq üçün ona yalvarırdı. İndi isə tərsinə Putin Paşinyana zəng edib sərhədəki vəziyyəti onunla müzakirə edib”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əlbəttə ki, Putin sərhəddə baş verənlər barədə səhih məlumatlara malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir:

“Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdı, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bundan sonra da Putinin Paşinyana zəngi onu göstərir ki, bu problem də Rusiyanın vasitəçiliyi ilə həll olundu. Buna baxmayaraq, Azərbaycan sərhədçilərinin yolu bağlaması Kreml üçün gözlənilməz idi. Əslində, Gorus-Qafqan yolunun uzun müddət açıq qalması Kremlin Bakıdan xahişi idi. Ancaq ermənilər sərhədçimizi yaraladığına görə, yol Bakıdan verilən qərarla qapadıldı. Yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistana, Rusiyaya və həmin yoldan istifadə edən İrana bu səpgili mesaj yolladı: “Yol Azərbaycanın nəzarətindədir və istənilən zaman yenə qapada bilərik”.

Son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir. Məhz bunun nəticəsində Paşinyan parlamentdə son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən erməni toponomik adlarına deyil, Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını bildirib. Bu istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasətinin davamı vacibliyini göstərir”.

Son xəbərlər

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər