Mövlam Şıxəliyevlə bağlı İLGİNC GƏLİŞMƏ... - Zərərçəkmişlərin pullarını qaytarmağa hazırdır, amma...

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevdən xəbər var.

Gununsesi.info-nun məlumatına görə, Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunan general zərərçəkənlərin tələblərini yerinə yetirməyə hazır olduğunu deyib.

Belə ki, Şıxəliyev ondan şikayətçi olanların pullarını qaytarmağa hazır olduğunu, amma şərtinə də əməl olunmasını tələb edib.

Sabiq istintaq rəisi bildirib ki, həbs olunan şəxslərdən alınan pullar təkcə ona çatmayıb. O, zərərçəkənlərdən hədə-qorxu ilə alınan vəsaitləri həm də Eldar Mahmudovun qaytarmalı olduğunu deyib.

Gununsesi.info-ya danışan zərərçəkənlərdən biri deyir ki, sabiq MTN rəhbəri Eldar Mahmudov da istintaqa cəlb olunmalıdır: “Çünki, Mövlan Şəxəliyev bildirir ki, o pulları tək yeməyib. Mən hesab edirəm ki, onun dediklərində həqiqət var. Bu gün bizə dəymiş zərərin ödənilməsindən söhbət gedirsə, Eldar Mahmudov da prosesə cəlb olunmalıdır. Öz aralarında razılaşsınlar və bizim pulları qaytarsınlar”.

Qeyd edək ki, Mövlan Şəxəliyevin cinayət işi üzrə çoxsaylı zərərçəkən var.


Eldar Mahmudovun nazir olduğu dönəmdə şərlənən bu adamlardan hədə-qorxu yolu ilə külli miqdarda pullar alınıb.

MTN cinayətlərinin ifşasından sonra bu qurumun rəhbər heyətinə daxil olan çoxsaylı vəzifəli şəxslər həbs edilsə də Eldar Mahmudov və Mövlam Şəxəliyev azadlıqda qalmışdı.

Mövlam Şəxəliyevin “MTN İşi” çərçivəsində məsuliyyətdən bir neçə il yayınmasına səbəb isə onun Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan şəxslərə 6 milyon rüşvət verməsinə dair iddialardır.

Məlumata görə, bu barədə ölkənin ali rəhbərliyinə infomasiya çatdıqdan sonra Mövlam Şıxəliyevlə artıq qanunun dilində danışılmağa başlanılıb və onun həbsi gerçəkləşib.

Əldə etdiyimiz məlumatda o da deyilir ki, general azadlıqda qalması üçün ondan rüşvət alan şəxslərin kimliyini açıqlayacağı barədə mesaj ötürüb.//Gununsesi.info

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Bütün xəbərlər