MAHMUDOV HƏBSXANADA ÇOVDAROVLA GÖRÜŞÜB? – Generalın vəkili danışdı















Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova baş çəkən vəkili Kamandar Nəsibov Modern.az-a danışıb.

Hüquqşünas qeyd edib ki, müvəkkili azadlığa çıxacağına çox ümidlidir:

“Akif Çovdarov azadığa çıxacağına inanır. Ümid həmişə var. Akif Çovdarov çox iradəli adamdır. Özü də deyir ki, onun tutulması ilə bağlı müəyyən vəzifəli şəxslər ölkə rəhbərliyinə yalan məlumatlar veriblər. Çovdarov bildirir ki, məruzələrin çoxu yalan olub. Guya Akif Çovdarov parnikdə gizli türmələr saxlayıb, adam öldürüb vəs. O cinayətlər ki, müvəkkilimə yükləmək istəyirdilər, onların heç biri sübuta yetirilmədi. İstintaq tamamlananda həmin ittihamlar artıq yox idi. Onu da deyim ki, Çovdarovun işi üzrə zərərçəkmiş şəxslərin 90 faizi ya əvvəl, ya da istintaqdan sonra dədləduzluqla tutulmuşdu. Bunlar o şəxslərdir ki, istintaq vaxtı onlara vədlər verilirdi ki, Çovdarovun üzünə dursunlar.Əksəriyyəti bununla azadlığa çıxacağını düşünsə də, əksəriyyəti həbs olundu”.

Maraqlıdır ki, bu müddət ərzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli”, “kassiri” kimi tanınan Akif Çovdarova baş çəkibmi?

akif covdarov mehkemede azpolitika info

Vəkil bununla bağlı detallı məlumata sahib olmadığını bildirib:

“Mən bildiyim qədərilə Eldar Mahmudov Çovdarova baş çəkməyib. Hazırda Eldar Mahmudovun hüquqi statusunun nə yerdə olduğu barədə məlumatsızam. Bəlkə də hansısa şəkildə Akif Çovdarovdan məlumat alıb. Amma fakt olaraq həbsxanada Akif Çovdarova baş çəkməyib”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər