MTN GENERALLARI “QIRMIZI ZON”DA… – Onlar niyə xüsusi korpusunda saxlanılır?










Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov Binə qəsəbəsindəki 9 saylı cəzaçəkmə müəssisəsində, xüsusi korpusda saxlanılırlar.Onlar bu müəssisəyə iyunun əvvəlində köçürülüblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş tutan əməliyyat Eldar Mahmudovun nazir kreslosunu itirməsi, mərkəz, idarə və şöbələrinin bir sıra əməkdaşlarının istintaqa cəlb edilərək həbs olunmaları ilə nəticələndi. 4-ü general olmaqla, ümumilikdə 19 MTN-çi həbs edildi. Elə həmin günlərdə xəbər yayılmışdı ki, Eldar Mahmudovun generalları və digər işçiləri üçün zonun içində ayrıca korpus tikilir. Gələn son məlumatlara görə, korpus 1 ilin içində tikilərək təhvil verilib. Həmin korpusa köçürülən və köçürüləcək “MTN işi” üzrə həbsdə olan MTN-çilərin siyahısını bir daha təqdim edirik:


elch-akifMTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov;

MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev;

MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;



MTN 1Monitorinq Mərkəzinin əməkdaşları:

Fərhad Atayev,

Anar Şirəliyev,

Eşqin Əliyev,

Elşad Əzizov;

Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev;

İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov;

MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov;

MTN polkovniki Mehman Abdullayev;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov;

MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov;

Həmin idarənin işçisi Orxan Osmanov;

Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev;

Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov;

MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.


Qeyd edək ki, “MTN işi” üzrə həbs olunanlar 2015-ci ildə Bakı İstintaq Təcridxanasına (BİT) köçürüləndən sonra da digər dustaqlardan təcrid edilmiş şəkildə saxlanılırdılar. Onlara münasibət də digər dustaqlardan bir qədər fərqli idi –pulla hüquqlarını gerçəkləşdirmək imkanları minimuma endirilmişdi.

Bu münasibətin MTN-çilərin şəxsi əlaqələrindən istifadə edərək istintaqa, zərərçəkənlərə təzyiq etmək imkanlarının qarşısını almağa yönəldiyi bildirilirdi. Həmin günlərdə bilinirdi ki, MTN-çiləri barələrindəki ittihamedici hökmdən sonra da eyni rejimdə saxlayacaqlar. Bunun üçün 9 saylı cəzaçəkmə müəssisəsində həbsdəki MTN-çilər üçün xüsusi korpus tikilmişdi. Kriminal aləmdə “qırmızı zon” adlanan həmin cəzaçəkmə müəssisəsində xüsusi nəzarət altında, digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlayacaqlar. Bunun özəl səbəbləri var. Əsas səbəb budur ki, “dəmir barmaqlıq” arxasına salınan MTN-çilərin xidmətlə əlaqəli əldə etdikləri informasiyalar azı 50 il aktuallığını saxlayır. Həmin informasiyaları onlardan digər məhkumların ala bilməsi ehtimalı var.

“MTN işi” ilə bağlı 130 epizod araşdırılıb və məhkəmədə müvafiq qiymət verilib. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdı. Bu gün zərərçəkənlərin əksəriyyəti MTN-çilər barəsində çıxarılan hökmlə razı deyillər(musavat.com).

MTN GENERALLARI “QIRMIZI ZON”DA… – Onlar niyə xüsusi korpusunda saxlanılır?



MTN GENERALLARI “QIRMIZI ZON”DA… – Onlar niyə xüsusi korpusunda saxlanılır?



MTN GENERALLARI “QIRMIZI ZON”DA… – Onlar niyə xüsusi korpusunda saxlanılır?







MTN GENERALLARI “QIRMIZI ZON”DA… – Onlar niyə xüsusi korpusunda saxlanılır?

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər