gundem / iqtisadiyyat / sosial
6.09.2021, 20:19
Bakıda 12 milyonluq şirkətlər kapitalını geri götürür - NƏ BAŞ VERİR?
dogruxeber.tv: - “Altis Qrup of Kompani” MMC və şirkətə məxsus “Altec” MMC nizamnamə kapitallarının azaldığını elan edir.
Ölkə.Az-ın məlumatına görə, şirkətlər tərəfindən nizamnamə kapitalının hansı həddə qədər azaldıldığı qeyd olunmayıb.
Qeyd edək ki, “Altis Qrup of Kompani” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğlu, nizamnamə kapitalı 3 107,143 min manatdır.
“Altec” MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azməmmədov Vüsal İnqilab oğlu olan şirkətin nizamnamə kapitalı 8 517,026 min manatdır.
Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-dir.


