Bir tərəfdə bahalaşma, bir tərəfdə inflyasiya: - Qarşısını almaq olmayacaq?

dogruxeber.tv: - Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84 milyard 853 milyon manata (49 milyard 914 milyon ABŞ dollara) çatacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, bu göstərici 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur. Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86 milyard 463 milyon manat (50 milyard 861 milyon ABŞ dolları), 2023-ci ildə isə 88 milyard 934 milyon manat (52 milyard 314 milyon ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.

Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur. BVF-nin proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29 milyard 213 milyon manata çatması gözlənilir. Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir. Bu il Azərbaycanda illik inflyasiya ötən ilin faktiki göstərici ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,5 % səviyyəsində gözlənilir.

Hesabata əsasən, Azərbaycanın illik inflyasiyası 2022-2023-cü illərdə isə bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2 % səviyyəsində reallaşması proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında illik inflyasiya 4,5 %, ötən ilin sonuna isə 2,8 % səviyyəsində reallaşıb. Beləliklə, BVF Azərbaycanda həm ÜDM, həm də inflyasiyanın artacağını proqnozlaşdırır. Bu göstəricilər mövcud vəziyyətdə reallığa uygundur, yoxsa bu hesabatlar sırf statistik rəqəmlər əsasında hazırlanır?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, beynəlxalq maliyyə qurumları vaxtaşırı olaraq Azərbaycan kimi ölkələrdə mövcud iqtisadi prosesləri, əldə olunan iqtisadi nəticələri analiz edərək proqnozlar irəli sürürlər:

“Ancaq ön proqnozların bir çox halda özünü doğrultmadığının da şahidi oluruq. Ona görə həmin proqnozlara əsaslanmaq, əmin olmağa o qədər də ehtiyac yoxdur. Ümumiyyətlə, ÜDM artımı ilə bağlı may ayından etibarən ölkədə iqtisadi tənəzzül dayandı. Bu tendensiya 3 ayda da davam etdi və iqtisadi artım, yəni bərpa prosesi müşahidə etdik. Ancaq bunun fonunda həqiqətən də ölkədə bahalaşma da gedir, inflyasiya da yüksəlir. Hazırda inflyasiyanın səviyyəsi hökumətin bu il üçün proqnozlaşdırdığından 4,5 səviyyəyə qədər qalxıb. İlin sonunadək bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Ona görə də BVF-nin verdiyi proqnozlar ÜDM-in artım səviyyəsi ilə bağlı rəqəm hardasa uyğun ola bilər. Ancaq inflyasiya ilə bağlı söylədikləri rəqəm real deyil. Çünki ilin sonuna kimi bu rəqəmin daha yüksək təşkil edəcəyi ehtimalı var”.

Ekspertin fikrincə, ümumilikdə ən çox inflyasiyanın yüksəlməsinə səbəb ərzaq məhsullarının qiymət artımıdır:

“Onun da əsasında bu ilin yanvarda enerji daşıyıcılarının tarifinin artımı durur. İlin sonunadək elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı ehtimallar var. Bütün bunlar il boyu maya dəyərində qiymət artımlarında davam edəcək”.

Ekspertin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitindən danışırıqsa, inzibati yolla hansısa formada qiymətin qarşısını ala bilmərik:

“Əgər söhbət süni qiymət artımından getsəydi, bu, başqa məsələdir. Ancaq bazara nəzarət var, hansı vaxtda süni qiymət artımı baş verirsə, dövlətin bu sahədə tədbirlərinin şahidi ola bilirik. Ancaq indiki bahalaşmadan, inflyasiyadan söhbət gedirsə, bu, təbii bir prosesdir. Ona müdaxilə edib, inzibati yolla qarşısını almaq qeyri-mümkündür”.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər