gundem / siyaset / sosial / hadise
8.09.2021
Kremlə CAVAB - Laçında Türkiyənin hərbi bazası ola bilər
DogruXebər.az : - "Rusiya sülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti Azərbaycanın suverenliyini təhdid etməklə yanaşı, Kreml buradan Qarabağa tam nəzarət üçün siyasi təziqlərə çalışır. Rusiyanın bu siyasətinin qarşısı Prezident İlham Əliyev tərəfindən alınır".
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağda məhz prosesi böhrana yuvarlamaq, separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionundakı hərbi qüvvələrinin komandanını Qarabağda sülhüməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir:
"Bundan sonra biz sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Bəzən bunu Rusiya tərəfi komandanın "özfəaliyyəti" olduğunu qeyd edəcək. Rusiyanın artan siyasi-hərbi təziqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır.
Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik. Türkiyə hərbi bazasının Laçın, ya Kəlbəcərdə olması Rusiya və Ermənistanın təxribatlarının qarşısını alacaq. Bundan əlavə, Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavabdır".


