Azərbaycanda özəlləşdirməyə təqdim olunan dövlət əmlaklarının çoxu satılmır

dogruxeber.tv: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirməyə təqdim etdiyi dövlət əmlaklarının çoxu satılmır.

Bu, "Report"un apardığı araşdırma nəticəsində məlum olub.

Təkcə son 3 ayda (iyun-avqust aylarında) ölkədə səhmdar cəmiyyətlərinin (SC), kiçik dövlət müəssisələrinin və obyektlərinin, yarımçıq tikililərin, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı 9 hərrac keçirilib. Bu hərraclara bir hissəsi təkrar olmaqla ümumilikdıə 292 dövlət əmlakı çıxarılıb. 52 əmlak isə özəlləşdirilib. Ayrı-ayrı hərraclar üzrə isə vəziyyət fərqlidir.

Məsələn, iyunun 8-də keçirilmiş hərraca 56 dövlət əmlakı, o cümlədən 35 SC, 19 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili çıxarılıb. Bunlardan isə cəmi 4-ü, o cümlədən 1 SC, 2 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili satılıb. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 7% təşkil edib.

Növbəti hərrac iyunun 22-də baş tutub. Hərraca 21 dövlət əmlakı, o cümlədən 20 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili çıxarılıb. Bunlardan isə yalnız 1 kiçik dövlət müəssisəsinə müştəri tapmaq mümkün olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 5% təşkil edib.

İyunun 29-da keçirilmiş hərraca isə 79 dövlət əmlakı, o cümlədən 35 SC, 15 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 28 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə yalnız 9-u, o cümlədən 1 SC, 8 nəqliyyat vasitəsi özəlləşdirilib. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 11% təşkil edib.

Növbəti hərrac iyulun 13-də baş tutub. Hərraca 19 dövlət əmlakı, o cümlədən 17 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 1 qeyri-yaşayış sahəsi çıxarılıb. Bunlardan isə yalnız 1 yarımçıq tikiliyə pul verən olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 5% təşkil edib.

İyulun 27-də keçirilmiş hərraca isə 31 dövlət əmlakı, o cümlədən 19 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili və 11 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 10 nəqliyyat vasitəsi satılıb. Başqa sözlə, özəlləşdirmə nisbəti 32% təşkil edib.

Növbəti hərrac avqustun 3-də baş tutub. Hərraca 16 dövlət əmlakı, o cümlədən 15 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili çıxarılıb. Bunlardan isə heç birinə müştəri tapmaq mümkün olmayıb. Başqa sözlə, özəlləşdirmə nisbəti 0% təşkil edib.

Avqustun 10-da keçirilmiş hərraca isə 17 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 7-si özəlləşdirilib. Başqa sözlə, özəlləşdirmə nisbəti 41% təşkil edib.

Növbəti hərrac avqustun 17-də baş tutub. Hərraca 29 dövlət əmlakı, o cümlədən 17 kiçik dövlət müəssisəsi və obyekti, 1 qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan isə 18-nə, o cümlədən 1 kiçik dövlət müəssisəsinə və 11 nəqliyyat vasitəsinə pul verən olub. Başqa sözlə, özəlləşdirmə nisbəti 62% təşkil edib.

Növbəti hərrac avqustun 31-də baş tutub. Hərraca 24 dövlət əmlakı, o cümlədən 3 SC, 19 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili çıxarılıb. Bunlardan isə cəmi 2-nə - 1 SC-yə və 1 kiçik dövlət müəssisəsinə müştəri tapmaq mümkün olub. Başqa sözlə, özəlləşdirmə nisbəti cəmi 8% təşkil edib.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər