DÖVLƏTİN 4,2 MİLYARDLIQ AKTİVLƏRİNİN TALEYİ NECƏ OLUB? - Azərbaycan Sənaye Korporasiyası hesabatlarını gizlədir...

dogruxeber.tv : - "2017-ci ilin dekabrında 3 milyard 854,3 milyon manat, 2019-cu ilin aprelində isə 489,3 milyon dəyərində aktivləri balansına qəbul etmiş Azərbaycan Sənaye Korporasiyası (ASK) illik birləşdirilmiş maliyyə hesabatlarını açıq-aşkar gizlədir".

"AzPolitika.info" xəbər verir ki, bunu səhm bazarı üzrə ekspert Hafiz Babalı bildirib. Onun sözlərinə görə, etibar olunmuş dövlət əmlakının səmərəli istifadə olunması ilə bağlı ciddi şübhələr var.

Ekspert qeyd edir ki, ASK öz internet saytında tərkibində olan 50-dən çox hüquqi şəxsin cəmi 16-sı barədə məlumat verir: "2019-cu il üzrə bunlardan 4-nün maliyyə hesabatı açıqlanıb. Onların da maliyyə durumu acınacaqlıdır. "Azəralüminium" MMC alüminium satışından deyil, sair əməliyyat gəlirləri hesabına mənfəət qazanıb, "Azərpambıq ASK" MMC pambığın dünya bazarında yüksək qiymətləri hesabına 3,5 milyon manat xalis mənfəət götürüb, "Azəripək" MMC, "ASK Ayaqqabı Fabriki" MMC isə zərərlə işləyib".

H.Babalı xatırladır ki, həmin aktivlər Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş kreditlər hesabına toksik duruma gəlmişdi.

"Bank dövlətdən milyardlarla dollar yardım aldı, problemi dövlətin üstünə atdı",-deyə ekspert vurğulayıb.

Ekspert əlavə edir ki, ASK nizamnaməsinin 5.8-ci bəndində görə Müşahidə Şurasının (MŞ) iclaslarını Şura sədri 3 ayda bir dəfədən az olmayaraq çağırır. Sonuncu dəfə MŞ aprel ayının 21-də toplaşıb.

H. Babalının sözlərinə görə, gərgin iş qrafiki olan MŞ üzvlərini bir araya yığmaq asan məsələ deyil: "ASK-nın müəssisələrinin xilasının isə bir yolu var: balansdakı şirkətləri ən qısa zamanda investorlara təklif etmək. Təbii, məqsəd onları sonadək batırmaq deyilsə..."

Oxunub: 401

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

Bütün xəbərlər