Cəlilabadda meşə torpağını KİM SATIR? - NARAZILIQ!

dogruxeber.tv: - Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır.

Sakinlər Meydan TV-yə bildirirlər ki, torpağı daşınmış 1 hektardan çox ərazi var və həmin ərazilərə dəymiş ziyan yüz minlərlə manat civarındadır. Ərazilər ağır tonajı texnikanın dəstəyi ilə qazılıb. Dərin qazıldığı üçün yerindən su da çıxıb:

“Torpaqları daşıyıb kərpic zavodlarına aparırlar. Yəni satırlar. Meşə torpaqlarının satılmasının arxasında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları durur. Keçmişdə buna görə məhkumluğu da olub yenə eyni yerdə çalışır. Tonlarla zavodlara torpaq daşınır. Dəyən ziyan hesablanmalıdır, etmirlər”, – Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakini Mirxas Sadıqov belə deyir.

“Sakinlər bildirirlər ki, torpağı daşınmış 1 hektardan çox ərazi var”

M. Sadıqov bildirir ki, hər iki rayonun ərazisində olan meşə sahələrinin hamısı bu durumdadır: “Ağaclar kəsilir, torpaq qazılır, daşınır. Bu ərazilərə nəzarət edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nəyə baxır? Yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə müdaxilə etmir?”

Ekoloji məlumatlar paylaşan “Facebook” səhifəsi “Ecofront” Masallı və Cəlilabad meşələri ilə bağlı yaydığı məlumatda bildirir ki, Masallı RMTM-nin təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb: “Belə demək olar ki, Cəlilabad meşəbəyliyinin yiyəsi yoxdur. İstəyən meşədən ağac kəsib apara bilir. Bunlar Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağaclarıdır. Azat ağacının adı “Qırmızı kitab”da da var. Dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib”.

“Bu ərazilərə nəzarət edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nəyə baxır?”

Mirxas Sadıqov deyir ki, kəsilən ağacların hamısı irigövdəlidir və çoxu qəsdən zədələnib, qurumağa tərk edilib.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələlər onların səlahiyyətinə daxil deyil: “Bizim səlahiyyətimizdə olmadığı üçün araşdırıb, tədbir görə də bilmərik. Ümumiyyətlə, belə bir problemin olduğundan da xəbərsizik”.

Masallı Regional Meşə Təsəssüfatı Mərkəzindən isə bildirib ki, deyilənlər yalandır: “Bir neçə nəfər var, sırf bizim işimizə kölgə salmaqdır məqsədləri. Bütün günü yalan məlumatlar yayırlar”.

“Dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər