Azərbaycanda meşə yanır — YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.
O deyib: "Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub".
***
Qubada meşə-kolluq ərazidə yanğın davam edir.
Yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.
Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.
Qeyd edək ki, Zərqova İnzibati ərazi dairəsində ötən il də analoji yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlayıb.
"dogruxeber.tv" Report-a istinadə xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


