Ruslar erməniləri Azərbaycana NECƏ GƏLDİ BURAXIR... - VİDEOFAKT

dogruxeber.tv : - Rusiyanın “sülhməramlı” adlanan hərbçiləri Laçın rayonunun Zabux kəndindəki 1 nömrəli postlarında Ermənistandan avtomobillə Azərbaycan Respublikasının Qarabağ ərazisinə gələn 5 nəfər ermənini yalnız sürücünün sənədinə ötəri baxmaqla buraxırlar...

Moderator.az xəbər verir ki, bu olayın video-görüntüləri qəsbkar Ermənistanın News.am nəşri əməkdaşının dünən – sentyabrın 28-də təqdim reportajında meydana çıxıb.

Özü də sözügedən avtomobildəki 5 nəfərdən biri olan əməkdaş Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla sərbəst səfərlərindən bəhs edir. Xocavənddəki Amaras məbədini də ziyarət edən erməniləri yol boyu - düz Kəlbəcər rayonunun Çərəktar kəndindəki posta qədər yalnız iki yerdə yoxlayırlar: Ermənistanın Dığ(“Tex”) kəndi yaxınlığındakı Ermənistan-Azərbaycan sərhədindəki erməni sərhədçilər və Zabux kəndindəki 1 nömrəli postdakı Rusiya hərbçiləri...

Təbii ki, erməni sərhədçiləri soydaşlarının heç sənədlərinə də baxmırlar. Yalnız zarafatla “İsveçrə”yə gedirsiniz?” deyə soruşurlar...

Artıq sərhəddən bir neçə kilometr irəlidə - Azərbaycan Respublikasının Laçın rayonu ərazisində - Zabux kəndinin girişindəki yanında yalnız erməni dilində lövhələr görünən “sülhməramlı” postda isə avtomobili saxladaraq nəzakətlə rus dilində salam verən Rusiya hərbçiləri ermənilərə gerçəkdən sülh məramıyla yanaşır. Hərbçilərdən biri yalnız “Biz 5 nəfərik, Stepanakertə - evimizə gedirik” deyən sürücünün sənədinə ötəri, gözucu baxmaqla “sağ olun” deyib avtomobili irəli –Azərbaycan torpaqlarına buraxır. Halbuki bir neçə gün öncə də Rusiya MN-in rəsmi saytındakı məlumatda Rusiya "sülhməramlı"larının komandanlığı "Laçın dəhlizindən Qarabağa gedən hər bir maşını diqqətlə yoxladıqları, şübhə yarandıqda təkrar yoxlanışdan keçirdikləri"ni bildirib...

Laçın şəhəri ərazisindən keçən erməni sürücü müxbir qadına “Berdzor” adlandırdığı bu şəhərin ermənilər üçün əhəmiyyətindən danışır... Laçının Şuşa istiqamətindəki çıxışında erməni və rus dilində yazılar yazılmış dükan və digər obyektlər görünür... Burada Rusiya hərbçiləri olsa da, heç bir yoxlanış aparılmır...

Bir az sonra zəng edən anasına erməni sürücü ““Lısaqorda”yıq” cavabını verir. “Lısaqor” əslində Şuşa rayonunun Turşu qəsəbəsidir. Sovet dövrünün sonlarında bir erməninin də yaşamadığı bu məntəqəmizdə hazırda onlarla erməni yaşayır. Buradakı Rusiya hərbçilərinin postunda qarşıdakı avtomobillər də dayandığı üçün ermənilər bir az ləngiyir. Hərbçilər ora-bura qaçırlar. Bundan narahat olan erməni sürücü rus hərbçilərdən “Nəsə olub?”-deyə soruşur. Cavabında, sadəcə, təlim keçirildiyini öyrənir...

Bundan sonra sənədləri və avtomobilləri “diqqətlə yoxlanmış” 5 erməni Şuşa şəhərinin girişindəki Azərbaycan və Türkiyə bayraqlarının da yanından rahat keçib Xankəndinə daxil olurlar...

Son xəbərlər

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Bütün xəbərlər