Dövlətin ahıllara, əlillərə ayırdığı ərzağa QARĞA-QUZĞUN BASQINI... - İTTİHAM DOLU FAKTLAR...

dogruxeber.tv:- Görəsən, “Qocalar Evi” kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda daha nə baş verməlidir ki, Samirə Mehtiyeva tutduğu direktor vəzifəsindən kənarlaşdırılsın? Xanım direktorun barəsində ciddi ölçü götürülməsi üçün bir-bir qocaları öz əli ilə boğub öldürməlidirmi? Yoxsa, ona kimsə deyib ki, nə edirsən-et, bircə adam öldürmə? Vallah, görünən odur ki, elə deyəsən məsələ məhz bu cür qoyulub.

Pansionda kim haqsızlığa qarşı üsyan edirsə, şərləyib dəlixanaya salırlar. Adamı özünü öldürmək dərəcəsinə çatdırırlar. Sakinlərin ərzaq payını kəsirlər, dərman payına əl uzadırlar, əşyalarını it-bata salırlar, pulunu oğurlayırlar, dünyasını dəyişənlərin ağzından qızıl dişi çıxarıb mənimsəyirlər. Bütün bu kimi hallar barədə “Dəryaz” qəzetində, qəzetin “Deryaz.az” saytında, eləcə də digər KİV-də S.Mehtiyevanın məsuliyyətə cəlb olunmasına yetəcək qədər məlumatlar dərc olunub. Amma nə faydası? Direktora “gözün üstə qaşın var” deyən yoxdur. Söz gəzir, S.Mehtiyevanın arxasında ondan 80 min manat rüşvət alıb işə götürən şəxsin özü dayanıb və ürək-dirək verib ki, “nə qədər mən bu vəzifədəyəm, heç nədən narahat olma, bütün şikayətlərə, yazılan tənqidlərə boş ver, unut kədərini, qəmini unut”.

Bəs görəsən, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri hörmətli Vüqar Behbudovun Samirə xanımın bu hoqqalarından xəbəri varmı?

(Bu barədə gələn dəfə geniş məlumat verəcəyik)

Pansionatdan isə qocaların məruz qaldıqları “ahəstə genosid” barədə məlumatlar gəlməkdə davam edir. Belə ki, bu günlərdə redaksiyamıza daxil olan informasiyaya görə, xanım direktor pansion sakinlərindən Rafiq müəllimi yenidən (ikinci cəhddə) psixiatriya xəstəxanasına saldırıb. Elxan kişini də guya şüşəni qırdığına görə adını dəli qoyub, “o tərəflik” edib.

Başqa bir məlumat isə S.Mehtiyeva və işbaz ortaqlarının acgözlükləri barədədir. Qeyd olunur ki, az öncə Ahıllar Günü ilə əlaqədar xeryriyyəçi ictimai qurumlardan birinin təşkilatçılığı ilə 1500 kq miqdarında qırmızı ət ƏƏSMN-nin tabeçiliyindəki bir neçə pansionun arasında bölüşdürülüb. “Qocalar Evi” üçün nəzərdə tutulan 200 kq ətdən isə xəbər-ətər yoxdur. Ayrılan sovqat heç pansionatın anbarına belə faktiki mədaxil edilmədən, necə deyərlər, “çöldən –çölə” pay-püşk edilib.

Pansionatda çalışan mənbəmizin verdiyi məlumatlara görə Samirə Mehtiyevanın sağ əli olan sanitarka Leyla və Nurlana qocaların başında turp əkirlər. Burada hər bir xidmətin öz qiyməti var. Qocanı çimizdirmək 10 manat, otağını silib süpürmək 5 manat, pullarını bankomatdan çıxartmaq 5 manat, qocalara ərzaq aldıqda isə mağaza qiymətindən 3 dəfə baha hesablayırlar. Adi pampers və dərmanlar pansionata pulsuz verilsə də bu və digər ləvazımatları pulla satırlar. Samirə Mehdiyeva başda olmaqla bu «qoçaqlar» elə edirlər ki, qocanın təqaüdü ayın axırı nəinki özünə çatmır, əksinə hələ bu «töycülərə» borclu qalırlar.

Bu bölgüdən bir pay da düşənlərdən biri də, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovadır. O, Həsrətova ki, 1995 ci ildən bu müəssisədə direktor işləyir. İşlədiyi müddət ərzində «halal maaşı ilə özünə ailə üzvlərinə yüz minlərlə dəyəri olan obyektlər, bahalı maşınlar, villalar alıb. 11 peşə üzrə təhsil alan gənclər və sakinlər niyə yoxlama gələn zaman yaxın evlərdən yığılır?

Gənc əlillərin əl işləri kimlərə satılır və yaxud hədiyyə olunur? Adı mərkəzin sakini kimi qeydə alınıb, özü sakin olmayan gənclərin ərzaq, geyim və digər ləvazımatları kim mənimsəyir? Adı Ramanıda, özləri isə Bilgəhdə yaşayan, ətə, yağa geyimə həsrət qalan sakinlərin Həsrətovadan etdiyi gileyin videosunu təqdim edəcəyik.

ımızda Ona bu və digər suallarla müraciət etdik. Rəhilə xanım ənənəvi olaraq məsləhət gördü ki, bu sualları murad.hashimov@sosial.gov.az -a ünvanlayaq. Təbii ki, biz də redaksiya olaraq Rəhilə xanımın bu tövsiyyəsini yerə salmayıb həmin ünvanın email adresinə müraciət etsək də sorğumuza yenə də cavab ala bilmədik.

Adları çəkilən vəzifəli şəxslərin isə heç biri zəngimizi qaldılrmayıblar, qeyd olunan məsələlər ilə bağlı onlara ünvanladığımız sual mesajlarımızı da cavablandırmayıblar.

Odur ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.
Deryaz.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər