Azərbaycan iqtisadiyyatının neftdən ASILILIĞI: - "Bu, yanacağın qiymətinə təsir edəcək"

dogruxeber.tv: - “Neftin bahalaşması ölkə iqtisadiyyatının möhkəmlənməsinə və büdcə kəsirlərinin azaldılmasına səbəb olacaq”.

Bu sözləri Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı qiymətinin 85,15 ABŞ dollar, “Brent” markalı neftin isə 83 dollar bahalaşmasının mümkün təsirlərini dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, neftin bahalaşması makroiqtisadi proseslərin tərkib hissəsidir:

“Məlumdur ki, dünya iqtisadiyyatının özü birbaşa neftlə bağlıdır. Son zamanlar koronavirusla əlaqədar vaksinasiya prosesinin bütün dünya ölkələrini əhatə etməsi, yumşalmaların həyata keçirilməsi və iqtisadiyyatın getdikcə böhrandan çıxması neft qiymətlərinin artımına təsirsiz ötüşmür. Bununla yanaşı, neftin dünya birjalarında satışında iştirak edən vasitəçi firma və şirkətlər də qiymətlərin bahalaşmasında maraqlıdır. OPEC və neft ixrac edən beynəlxalq təşkilatlar da bu və ya digər şəkildə neftin qiymətinin tənzimlənməsində müəyyən addımlar atır. Əgər neftin qiyməti sabit xətlə davam edərsə, bu zaman bazara çıxarılan neftin həcmi müəyyən qədər azalır. Bu azalma tələb-təklif düsturuna görə qiymətlərə təsir edir. Bazarda neftin qiymətində bahalaşma baş verirsə, bu halda satış məqsədilə çıxarılan neftin həcmi artır. Bütün hallarda neftin qiymətinin bahalaşması iqtisadi tempin artmasına səbəb olur”.

Dünya bazarında Azərbaycan neftinin qiymətinin bahalaşmasının ölkə iqtisadiyyatına təsirlərinə də toxunan Vüqar Oruc hesab edir ki, bu artım müsbət haldır:

“Ölkə büdcəsinin əsas gəlirinin neftdən formalaşması hər kəsə məlumdur. Bu baxımdan ölkə iqtisadiyyatının güclü olması neftin qiymətindən birbaşa asılıdır. Neftin bahalaşması dövlət büdcəsində artımla yanaşı, ölkə iqtisadiyyatının möhkəmlənməsinə və büdcə kəsirlərinin azaldılmasına səbəb olur. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan qiymətdən iki dəfə artıqdır. Qarşıdakı aylarda da neftin bahalaşması davam edərsə, iqtisadi inkişafa daha çox müsbət təsiri olacaq. Bütün hallarda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasına ehtiyac var. Qeyri-neft sektorunun inkişaf etdirilməsi neftdən asılılığımızı minimuma endirəcək. Çünki Azərbaycanın neft emalı ilə məşğul olması ölkədə yanacağın qiymətinin də ucuzlaşmasına təsir edəcək”.

Oxunub: 461

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər