Zəngəzurun ayaq səsləri... - GƏLİŞMƏ

dogruxeber.tv: - İran hərbi rəhbərliyi tərəfindən oktyabrın 5-dən Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyulmasından cəmi 1 gün sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO)İran hakimiyyətini pis vəziyyətdə qoyan sensasiyalı bir məlumat yayaraq, beynəlxalq qaydalara əsasən regionun hava məkanını və bütün hava dəhlizlərini uçuşlar üçün açıq elan etdi. Belə çıxır ki, Azərbaycan və Ermənistan hava dəhlizlərini açmaq üçün beynəlxalq təşkilat ilə müzakirələr apardığı və müzakirələrin sona çatdığı bir zamanda, Tehran öz hava məkanının Naxçıvan istiqamətində bağlamağa qərar verdi. Təbii ki, İranın bu addımı Rusiya ilə İranın əlaqələrinin və qarşılıqlı daşınmaların taleyini şübhə altına alır. İranın nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən istifadə etməməsi, Tehran üçün daha çox məhdudiyyətlər vəd edir. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalardan məhrum olmaq üçün İranın bu qədər səy göstərməsi anlaşılan deyil.

Dünən Azərbaycanın Naxçıvandakı hərbi hissələrin təchizatını həyata keçirmək üçün Türkiyə ərazisindən də rahatlıqla istifadə etdiyini və İranın yenə də “son gülləsini öz ayağına” atdığını yazmışdım. Bu gün ICAO-nun verdiyi qərar İran barədə yazılanları bir daha təsdiq etdi. İran rejimi son onilliklərdə qonşularla xoş münasibətlər qurmaqda, düşmən deyil, etibarlı dost qazanmaqda uğur əldə edə bilmir, bu isə İranın mənfi obrazının təsdiqlənməsində və ölkənin hər kəs tərəfindən rədd edilməsində müsbət rol oynayır.
İstənilən halda Azərbaycan tərəfinin uzun müddət israr etdiyi kommunikasiyaların və dəhlizlərin açılması məsləsi artıq reallığa çevrilir. Müharibə artıq bitib, regionda çox reallıqlar dəyişib. Belə olan halda regional aviasiya təhlükəsizliyi qaydalarının da dəyişməsi gözlənilən idi. Bu gündən Azərbaycan təyyarələri beybəlxalq konvensiyalara uyğun olaraq Zəngəzir dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. 6 oktyabr “Zəngəzir dəhlizinin üzərindəki hava məkanından ilk istifadə günü” kimi yadda qalacaq.

Regionda kommunikasiyaların açılması növbəti nümunəsi eyni zamanda Ermənistanın da tranzit ölkəyə çevrilməsinə imkan yaradacaq. Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə biləcəklər. Bu həm
Azərbaycan, həm də Ermənistanın hər iki ölkə tərəfindən qəbul edilən öhdəliklərdən irəli gəlir.

Baş verən proseslər göstərir ki, rəsmi Bakı cəmi bir neçə saat ərzində İranın tətbiq etdiyi sanksiyaların təsirini sıfıra endirdi. Artıq Azərbaycan təyyarələrinin İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmadı. Bəs ICAO-nun tələblərini pozan İranın neçə, Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinə alternativi varmı?

P.S.Azərbaycan təyyarələrinin İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmaması əslində müsbət haldır, çünki İran hava vasitələrinin identifikasiyasını həyata keçirməkdə hələ də problemlərə malikdir.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//

Oxunub: 505

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər