Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi - Əmrullayev BUNU GÖRMÜR?

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "AzEduNet” MMC ilə maliyyə dəyəri 4 999 999.01 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

dogruxeber.tv: Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "AzEduNet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur.

Mediada yayılan məlumatlara görə, "AzEduNet” MMC Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Samir Məmmədova yaxın şirkətdir. MMC-nin təsisçiləri Haciyev Fuad Bəyalı oğlu və Həsənov Heydər Elmar oğludur. "AzEduNet”in qanuni təmsilçisi Natiq Yəhyayev həm də MMC-nin direktoru vəzifəsini daşıyır.

Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən "AzEduNet” MMC ilə maliyyə dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalanıb. Bu barədə internet resurslarında çoxsaylı materiallara rast gəlmək mümkündür.

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər