Pambığa "qədir ağacı" əkənlər: - Geyinək, yoxsa yeyək?

dogruxeber.tv: - 2021-ci ilin avqust ayında pambığın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 3.69% artaraq 2.25 ABŞ dolları səviyyəsində qərarlaşıb. 2016-cı ildə mahlıcın hər kiloqramının bazar qiyməti 1.65 ABŞ dolları idisə, bu göstərici 2018-ci ildə 23.0 faiz artaraq 2.03 ABŞ dollarına çatıb. 2020-ci ilə kimi qiymət davamlı olaraq enib və 2020-ci ildə bir kiloqram mahlıcın qiyməti 1.60 ABŞ dollarına bərabər olub. 2021-ci ilin ilk iki rübü ərzində mahlıcın qiymətində yenidən artım müşahidə edilib.
Bəs maraqlıdır, son dövrlərdə pambığın bahalaşma səbəbləri nədir? Azərbaycanın pambıq ixracı və istehsalında vəziyyət necədir?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a deyib ki, dünyada pambığın qiymətinin bahalaşmasının bir neçə səbəbi ola bilər: "İqlim dəyişiklikləri bir sıra ölkələrdə kənd təsərrüfatına, o cümlədən pambıqçılığa böyük ziyan vurub. İkinci səbəb dünyanın getdikcə ekoloji təmiz məhsullara yönəlməsidir.
İnsanlar əvvəlki kimi böyük miqyasda sintentik geyimlər almırlar, pambıqdan düzəldilən geyimlərin üstünlüyünü anlayıblar. Üçüncü səbəb pambıqdan istehsal edilən məhsulların çeşidinin artmasıdır. Pambıq hərbi sənayedə, tibb sənayesində və digər sahələrdə istifadə edilir".
"Azərbaycan Sovet dövründə 1 milyon tondan çox pambıq istehsal edib. Sonralar ölkədə pambıq istehsalı 30-40 dəfə azalıb. Ancaq 2006-2007-ci illərdən sonra respublikada pambıq istehsalında artım müşahidə edilməyə başlayıb və istehsal 300 min tonu keçib", - deyə o qeyd edib.
Onun fikrincə, Azərbaycanda daxili tələbatı ödəmək və müəyyən hissəsini ixrac etmək üçün 300-400 min ton pambıq istehsalı kifayətdir: "Amma biz taxıl, yem bitkilərinin əkin sahələrini və s. daraldaraq pambıqçılığı genişləndirsək, həmin sahələrdə problemlər yaranacaq. Ona görə də pambıq üçün ayrılan sahələrdə məhsuldarlığı artırmaq tək çıxış yolumuzdur. Digər tərəfdən, pambıqdan əldə edilən hazır məhsullara yönəlmək lazımdır. Çünki hazır məhsullar həm daha bahadır, həm də yeni iş yerlərinin açılmasına töhfə verir. Aqrotexniki tədbirlərin səviyyəsi yüksəldilməli, bəzi bölgələrdə su problemləri aradan qaldırılmalı, pambıq istehsalçıları üçün təşviqlər genişləndirilməlidir. Burada pambıq emalı müəssisələrinin genişlənməsi, aqrar sığorta, yerli məhsuldar sortların yaradılması da önəmlidir. Bu tədbirlər kompleks şəklində həyata keçirilməlidir".
"Hazırda Azərbaycanda pambıq emalı müəssisələrinin sayı Sovet dövründə ölkəmizdə olan pambıq müəssisələrinin sayından çoxdur. Məhsuldarlığı artırsaq, indiki sahələrdən 500-600 min ton pambıq istehsalı mümkündür", - deyə ekspert əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2020-ci ildə Azərbaycanda pambıq istehsalı 2015-ci ilə nisbətən 9.6 dəfə, 2019-cu ilə nisbətən isə 14.1% artaraq 336.8 min ton olub. 2020-ci ildə pambıq lifi (mahlıc) ixracı 2019-cu ilə nisbətən 13.2% artaraq 97.6 min ton, pambıq ipliyi ixracı isə 29.4% azalaraq 9.0 min ton olub. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 95.8 min ton və ya 149.5 milyon ABŞ dolları həcmində pambıq lifi, 13.8 min ton və ya 40.0 milyon ABŞ dolları həcmində pambıq ipliyi ixrac olunub. Pambıq lifi ixracı 2020-ci ilin müvafiq dövründən 1.8 dəfə, pambıq ipliyi ixracı isə 3.3 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin avqust ayında pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. 2020-ci ildə Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.
Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat) məhsul subsidiyası alacaqlar.
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon ABŞ dolları) birinci olub.
Azərbaycanda pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan bir sıra şirkətlər fəaliyyət göstərir. Məsələn, "MKT İstehsalat Kommersiya" şirkətinin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. Bundan başqa, 2018-ci ildə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.
Nizami rayonunda məişət tullantıları

Xatırladaq ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf edib, bu sahədə böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub və pambıqçılığın elmi bazası gücləndirilib. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə - 1 milyon 15 min tona çatdırılıb, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilmiş və güclü maddi-texniki baza yaradılıb.
Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi bir sıra bölgələrdə pambıq əkininin həyata keçirilməsinə imkan verir. Bununla belə, rəsmi statistik məlumatlara əsasən, 1990-2015-ci illərdə pambıq əkini sahəsi və istehsalı azalıb. Təkcə 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Lakin 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.
"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" mövcuddur. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər