gundem / sosial
28.10.2021, 11:45
Fəxri adların verilməsi ilə bağlı islahatlar aparılır - Mədəniyyət Nazirliyi
dogruxeber.tv: - “Hazırda apardığımız islahatların geniş istiqamətləri var”.
Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev APA-ya açıqlamasında deyib.
“Həmin istiqamətlərindən biri də fəxri adların verilməsi məsələsidir. Biz islahat çərçivəsində bu prosesin də daha da təkmilləşdirilməsini nəzərə alırıq”, - o deyib.


