Uçot dərəcəsinin qaldırılması əmlak bazarına necə təsir göstərəcək? - AÇIQLAMA

dogruxeber.tv: - 29 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.

Qeyd olunub ki, bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

Bəs Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması ipoteka kreditlərinə və əmlak bazarına necə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılmasının ipoteka kreditlərinə təsir etməsi müşahidə olunmur:

“Uçot dərəcəsinin qaldırılmasının daşınmaz əmlak bazarına da hər hansı bir təsiri gözlənilmir.Təsir olsa belə bu çox cüzi dərəcədə olacaq.”

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları 2,29 milyard manat həcmində 13,9 faiz ipoteka krediti verib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, bu ilin əvvəlindən isə 13,9 faiz artıb. Hesabat dövründə banklar tərəfindən 4,2 milyard manatdan çox istehlak krediti verilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,3 faiz çoxdur.

Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının kredit portfeli 15,53 milyard manat təşkil edib.

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini 6.5%-dən 7%-ə qaldırmasının ipoteka kreditlərinin faizlərinə, eləcə də əmlak bazarına təsiri olacağı gözlənilmir:

“Çünki əmlak bazarı ilə Mərkəzi bankın uçot dərəcəsi arasında xüsusi bir əlaqə yoxdur. Bu yalnız milli valyutada yığımlara təsir göstərir.”//dia.az

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər