Kəmaləddin Heydərov da yola salınır? - Belə deyirlər...

dogruxeber.tv: - Yaxın günlərdə digər idman federasiyalarının rəhbərləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı qərarın veriləcəyi gözlənilir.

Bu məqamda qeyd edək ki, K. Heydərov iki idman federasiyasının – Azərbaycan Boks və Azərbaycan Taekvondo federasiyalarının prezidentidir. Onun hələlik Boks Federasiyasının prezidenti olaraq fəaliyyətini davam etdirəcəyi söylənilsə də, Taekvondo Federasiyasının rəhbərliyindən gedəcəyi qərarı qətiləşib. Buna səbəb isə yeni Gənclər və İdman naziri Fərid Qayıbovun bu sahədə islahatlar aparmaqda israrlı olması göstərilir. Bu məqsədlə Azərbaycan Taekvondo Federasiyasının növbədənkənar konfransının çağırılacağı söylənilir.

Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə təsis edilib. Federasiyasının prezidenti Fövqəladə Hallar naziri olsa da, vitse-prezidentləri Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, idman təşkilatçısı Nağı Səfərov və Kəmaləddin Heydərovun sahibkar qardaşı Səməd Heydərovdur.

Onun yerinə kimin təyin olunacağı barədə isə dəqiq məlumat yoxdur. Ehtimallara görə, Fövqəladə Hallar nazirini Azərbaycan Taekvondo Federasiyasının prezidenti postunda gənc nazir həmkarlarından biri əvəz edəcək. Artıq federasiyada növbədənkənar konfrans hazırlıqlarına başlandığı da söylənilənlər arasındadır. K.Heydərovla yanaşı, Füzuli Musayev istisna olmaqla federasiyanın digər vitse-prezidentlərinin də yola salınacağı bildirilir. Mənbəmizin sözlərinə görə, K.Heydərovun biznesmen qardaşı Səməd Heydərov da öz postunu təhvil verməli olacaq.

Kəmaləddin Heydərov 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Geologiya fakültəsini və Azərbaycan Universitetini bitirib. Əmək fəaliyyətinə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik kimi başlayıb, sonradan müəssisənin geoloqu olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bir müddət Özbəkistanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “M-Gilan” adlı şirkətin təsisçisi olub. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri işləyib. 2006-cı ildən Fövqəladə Hallar naziridir.///Hokm.az

Son xəbərlər

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Bütün xəbərlər