Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

dogruxeber.tv: - Abşeron rayonunda 8 Noyabr Zəfər Günü qeyd edilib. Xırdalan şəhərində düzənlənən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalandakı ümummilli lider Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin büstü önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Parkda Zəfər Gününə, şəhidlərimizin əziz xatirəsinə həmişəyaşıl ağaclar əkiblər.

Bundan sonra Abşeron Mədəniyyət Evinin qarşısında incəsənət nümayəndələrinin iştirakı ilə açıq havada Zəfər Günü qeyd edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları və iradəsi sayəsində düşmənə sarsıldıcı zərbə vuruldu və torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimizin, qazilərimizin və ümumən ordumuzun və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyuldu.

Bundan sonra Abşeron Mədəniyyət Evinin foyesində məktəblilərin Zəfər Gününə həsr etdiyi əl işlərinə baxış keçirilib.

Tədbirin davamında Azərbaycan Respublikasının dövlət himni ilə mərasimin rəsmi hissəsi başlayıb. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışlarını, igidlərimizin göstərdiyi şücaəti, xalqımızın qələbə sevincini özündə əks etdirən videorolik nümayiş etdirilib.

Daha sonra ölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təqdim edilib.

Günün sonunda isə Heydər Əliyev Parkında torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Zəfər Günümüzlə bağlı atəşfəşanlıq keçirilib.

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Abşeronda 8 Noyabr Zəfər Günü qeyd edilib

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər