Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub













DogruXəbər.az xəbər verir ki Abşeronda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 8 illik yubileyi qeyd olunub. Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, SHXÇDX-nin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə dünyada və regionda baş verən siyasi proseslərdən danışan Abşeron rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova ölkəmizdə olan sabitliyi önə çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın gücləndiyini, ordumuzun günü-gündən qütrətinin artdığını, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayan başçı bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafına hər zaman lazimi diqqət ayrılıb. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan İ.Gülməmmədova o günün uzaqda olmadığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev bildirib ki, bu 8 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. H.Quliyev vurğulayıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Tədbirdə həmçinin çıxış edənlərdən ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.

Bundan sora fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub
Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub

Son xəbərlər

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Bütün xəbərlər