Bu adam NECƏ DEPUTAT OLDU... - HƏQİQƏTƏN DƏ...

dogruxeber.tv: - 50 saylı Abşeron – Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadənin ömür yoluna nəzər salıram.
Az-çox cəmiyyətdə baş verənlərlə maraqlanan bir şəxs olaraq ilk dəfədir ki, bu ad-soyadı eşidirəm.
Bu adam görəsən necə deputat olub ?
Deputatlığı bir kənara qalsın, Vikipediyadakı avtobioqrafiyasında yazır ki, DÖVLƏT XADİMİ, SİYASİ XADİM…
Adamdan soruşan yoxdur ki, sən nə vaxt siyasi xadim oldun, sən nə vaxt dövlət xadimi oldun..?
Ümumiyyətlə, dövlət xadiminin nə olduğunu başa düşürsənmi ?
Məgər 2006-2012-ci illərdə özəl müəssisələrdə çalışmaqla adam dövlət xadimi olur, ay Şahin Seyidzadə ?
Bəlkə sahibkarlar konfederasiyasında işləməklə siyasi xadim olmusan ?
Bəlkə hansısa Qeyri-Hökumət Təşkilatında layihə yazıb-pozmaqla dövlət xadimi olmusan..?
Sözün qısası, bu adamın özü barədə dövlət xadimi, siyasi xadim deməsi, mənim kosmonavt olmağım kimi bir şeydir.
Bu adamın həyat yolunda bir normal fəaliyyət sahəsinə rast gəlmək olmur.
Amma 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən millət vəkili seçilib.
Fikir verdinizmi bu adam parlamentdə 2 rayonu- Abşeron və Qobustanı təmsil edir.
Görəsən bu adam gənc yaşında iki rayonun seçicilərinin etimadını necə qazanıb ?
Axı, bu adam nə Qobustanda olub, nə də onu Abşeronda tanıyan yoxdur. Bəs seçicilər bu cavan kəsə nə üçün səs veriblər ?
Bu adam indiyədək Abşeron, Qobustan sakinlərinin bircə problemi ilə maraqlanmayıb, bir yaralı barmağa “məlhəm” qoymayıb.
Bu dövlət və siyasət xadiminin bircə dənə də olsun açıqlamasına rast gələn olmayıb.
Bu adam hətta koronavirus barədə də bircə dəfə danışmayıb.
Bu adamın bircə dəfə də olsun parlamentdə çıxışını eşidən olmayıb.
Bu adamın tərcümeyi-halını ələk-vələk etsək də onun hansı ixtisas sahibi olduğunu tapa bilmədik.
Bu adamla bağlı ancaq və ancaq FETÖ-çü “damqa”sına rast gəldik.
Mediada Şahin Seyidzadə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunur.
Cənab deputatın seçiciləri ona müraciət edərək, xahiş edirlər ki, bircə dəfə də biz tərəflərə gəl.
Ceyranbatan və Saray qəsəbəsində yaşayan seçicilər Şahin müəllimi axtarır. Ki, kommunal problemləri ilə bağlı əlac istəsinlər.
Sakinlər deputatın köməkçisinə aylarla zəng edirlər, amma Şahin müəllimə “düşə bilmirlər”, cənab deputat həmişə “zanit”dir.

Şahin Seyidzadənin “İstək” liseyinin fəaliyyəti ilə bağlı əməlləri lap dözülməzdir. Bu adam liseydə çalışdığı zaman öz fəaliyyəti və yaratdığı maliyyə problemləri ilə liseyi çökdürüb.
Kollektivin təhsil nazirinə ünvanladığı müraciətdə bu adam haqqında nələr yazılmır.
Kollektivə hədə-qorxu gəlir, milli-mənəvi dəyərləri təhqir edir, ələ salır, hətta “mən azərbaycanlı olmamaq üçün oxumuşam”, “azərbaycanlı olmaq qorxaq olmaq deməkdir”, “azərbaycanlı olmayın” deyir.
Bütün bunlar azmış kimi cənab deputat liseyi “meyxanəyə” döndəribmiş, içki içməyənləri təhqir edirmiş... Bunu biz demirik aaa hörmətli deputat, bunu sənin öz seçicilərin deyir.
Həə, daha deməyə, yazmağa söz tapmaq olmur.
Bəs, görəsən bu ağılla, adam necə deputat olub ? //gundelik-baku.com//

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər