Gizli bahalaşma nədir və Azərbaycanda necə həyata keçirilir... - TƏFƏRRÜAT

dogruxeber.tv: - Son zamanlar bütün məhsulların qiymətlərində artım müşahidə edilir. Hər kəs qiymətlərin artmasından şikayət edir. Amma bəzi məhsullar var ki, onların qiymətlərində dəyişiklik hiss etmirik. Bəs necə olur ki, hər şey bahalaşdığı bir dövrdə, məsələn, plitka şokoladın və ya günəbaxan tumlarının qiymətində artım müşahidə edilmir.
Gizli qiymət artımı barədə eşitmisinizmi?

Gizli qiymət artımı, eyni məhsulun keyfiyyətini və çəkisini cüzi azaltmaqla əldə edilən gəlirdir. Məsələn, 3 il əvvəl 1 manata satılan plitka şokolad bu gün də 1 manata satılırsa, deməli burada gizli qiymət artımı ola bilər. Məhsulun çəkisini azaldaraq, qiymətinin sabit saxlanılması ilə özünü göstərən bu bahalaşma, gizli bahalaşma üsullarından biridir. Ancaq qeyd edək ki, gizli bahalaşma hər zaman çəkinin azalması ilə həyata keçirilmir. Digər üsullar daha ağrıdıcı ola bilər. Yəni istehlakçı kimi nəzər saldıqda, bizim üçün ən yaxşısı çəkinin azaldılmasıdır. Çünki bəzi şirkətlər, məhsulun təkcə çəkisini deyil, keyfiyyətini də azaldırlar.

Digər gizli bahalaşma isə, endirim adı altında həyata keçirilir. Məsələn, 100 manata satılan bir ayaqqabı, endirim dövründə iki gün əvvəl 150 manata qaldırılır və endirim günü 110 manata təklif edilir. Bu bahalaşmanı istehlakçı heç hiss etmir, əksinə daha çox həvəslə həmin məhsulu alır.

Gizli bahalaşma üsulu, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində uzun illərdir həyata keçrilən bahalaşma üsuludur. Bu bahalaşma zamanı istehlakçının bahalaşmaya qarşı çıxma yolu olmur. Çünki istehlakçı bunu hiss etmir.

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, məhsulların çəkisinin azalması halları tez-tez müşahidə edilə bilən bir haldır. Çünki məhsulların çəkisinə dair bir standart yoxdur. Standartlar malların keyfiyyətini təsdiqləyir, çəki isə bura daxil edilmir.

"İstehlakçılar məhsulların üzərində yazılmış çəkiyə baxaraq müəyyən rəy verə bilər. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ərzaq malları satılan yerlərdə nəzarət tərəziləri olmalıdır. İstehlakçı da malları ora qoyub çəkisini yoxlamalıdır. Sovet dövründən insanlar elə düşünürdü ki, "fasovka" edilmiş məhsul, məsələn şəkər tozu, düyü və s. çəkisi 1 kiloqramdır. Ancaq onların çəkisi həmişə 800 qram olub. "Fasovka" istehsalçının istehlakçını aldatma üsuludur. İstehsalçılar, bu üsullardan hər zaman istifadə ediblər" - deyən ekspert bildirib ki, bəzi istehsalçılar, qiymətlər artan zaman isteklakçını aldatmaq məqsədi ilə çəkini azaldırlar və buna da heç kim cavabdehlik daşımır.

Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu vəziyyətə də nəzarət etməlidir. Əgər əvvəl 100 qramlıq şokoladı 3 manata aldığın təqdirdə, indi 90 qram alırsansa, bunu sübut edə biləcəksənsə, dövlət xidmətini narahat edə bilərsən. Əgər sübutun yoxdursa, 10 qramla bir şey olmaz deyib məsələni şişirməyəcəksən.

Endirim məsələsinə gəldikdə, ekspert deyir ki, bu kimi hallar bütün dünyada tətbiq edilir. Əgər gözünüz görə-görə aldanmaq istəmirsinizsə, o zaman daha diqqətli davranmalısınız, ya da artıq məhsulların bahalaşdığını qəbul etməlisiniz. Başqa çarəniz onsuz da yoxdur.//Bizimyol.info

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər