“Altılıq” platformasının reallaşması uzun zaman tələb edir - TƏHLİL

dogruxeber.tv: - Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda növbəti dəfə “altılıq platforması”ndan danışıb. Nazir bildirib ki, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən genişmiqyaslı təşəbbüslərdə iştirakı, birgə layihələrin həyata keçirilməsi geniş regional əməkdaşlığı təşviq edir:

“Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələr üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər”.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasını “Şərq”ə təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, “3+3” platformasının yaradılması regional kontekstdə Türkiyənin mövqelərini gücləndirməklə yanaşı, regionda sülhün və iqtisadi inteqrasiyanın formalaşmasına gətirib çıxaracaq. Analitikin sözlərinə görə, “3+3” platforması həm də bölgənin təhlükəsizliyinin təmin olunmasına səbəb olacaq:

“Bu fonda region ölkələrinin əməkdaşlığı daha zəruridir. Rusiya Türkiyə ilə “altılıq” platformasının müzakirəsində maraqlıdır. Hələlik Ermənistan bu prosesdə, ələlxüsus 10 noyabr və 11 yanvar bəyanatlarının icrasında heç bir əməli iş görmür.

Gürcüstan isə “3+3” formatına isti yanaşmır və görünən odur ki, Qərbin təzyiqləri ilə üzləşir. İran tərəfi pozitiv mesajlar versə də, əslində Tehran rejimi də maraqlı deyil.

“Altılıq” formatı geniş spektrdə təhlil olunsa da, reallaşması uzun zaman tələb edir.

“3+3” olmasa da, yaxın dövrdə “2+2” formatını, yəni İran və Gürcüstanın yer almadığı əməkdaşlıq platformasını həyata keçirmək daha real görünür”.
dia.az

Son xəbərlər

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Bütün xəbərlər