Ceyhun Bayramovla Muxtar Tileuberdi nələri danışdı? - XİN-dən AÇIQLAMA

dogruxeber.tv: - Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenisabah.az-a bildirilib ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluq ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə və aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad etdi. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Qazax həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Nazirlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və s. çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.

Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin qeyd olunacağını diqqətə alaraq, Nazir Tileuberdi Azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.

Nazir Ceyhun Bayram həmkarının dəvətini məmnunluqla qəbul edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.//yenisabah.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər