gundem / azerbaijan
17.11.2021
Milli Məclisin işçilərinə yaşayış binasının ayrılması təklif edilib

“Report”un xəbərinə görə, bu təkliflə deputat Tahir Kərimli “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, Milli Məclisin işçilərinə yaşayış binasının ayrılmasına köməklik edilməlidir: “Hökumətdən xahiş edirəm ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin. Yaxşı maşınlar verilsin parlamentə”.


