GERÇƏK MƏNZƏRƏ: Soçi bəyanatında nələr var? - XEYRİMİZƏ VƏ ƏLEYHİMİZƏ OLAN MƏQAMLAR...

dogruxeber.tv: - Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan baş nazirinin görüşü bitdi.
Yeni bir bəyanat imzalandı. Yerli mediada əsas nəticə Azərbaycanı xeyrinə yozulur. Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə çatdığı deyilir.

Bu mənada bir nəticə bütün nəqliyyat kommunikasiyalarının açılması bağlı bənddir. Bu məqsədlə konkret layihələrə başlamaq razılaşdırılıb. Düzdür, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev "dəhliz" ifadəsini işlədiblər. Ancaq bəyanatda nəinki "Zəngəzur dəhlizi", hətta "dəhliz" ifadəsi yer almır. Ancaq Azərbaycan tərəfi "konkret layihələr" ifadəsinə əsaslana biləcək. Dəqiq yazılmadığı üçün Ermənistan bundan qaçmağa cəhd edəcək. Ancaq Rusiya, eləcə də, Türkiyə və başqa böyük aktorlar Zəngəzur dəhlizində israr edirlər. Sənəddə dəhliz və onun keçəcəyi konkret coğrafi ərazi göstərilməsə də, bu məsələdə böyük güclərin iradəsinin təsirli olacağı gözlənilir. Azərbaycan da bunda maraqlıdır.

Ermənistanın sənədə "əsirlər" və "saxlanılan şəxslər" ifadələrini yazdırması mümkün olmayıb. Bu da Azərbaycanın xeyrinədir; Ermənistan revanşistləri bunu Paşinyana qarşı istifadə edəcəklər.

Sənəddə Azərbaycanın rədd etdiyi "Dağlıq Qarabağ konflikti" ifadəsi var; buna görə, Azərbaycan müxalifəti, çox güman ki, bəyanatı tənqid edəcək. Başqa bir yenilik Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasıdır. Bu barədə Ermənistanla Azərbaycan qiyabi söz duelinə çıxmışdı. İndi bu məsələni ərazidə və masa arxasında, xəritə qarşısında - birgə komissiyada həll etmək haqda razılaşıblar. Hansı xəritə əsasında? Bəyanatda yazıldığı kimi, "Rusiyanın konsultativ köməyi ilə". Yəni Rusiyanın ortaya sərəcəyi xəritə ilə. O xəritələrin isə hansı variantı seçiləcək? Bu məlum deyil. Ancaq məlum olan budur: Rusiya bu bəndlə sərhəd məsələsinin Brüsseldə müzakirəsini ya tamam dəf edir, ya da müzakirə olacaqsa da, Rusiyanın "konsultativ" dəstəyi çərçivəsindən kənara çıxmayacaq. Brüssel həm də onun üçün idi ki, Avropa İttifaqı, sonrakı addımda ABŞ Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələlərinə arbitr ola bilsin. Putin isə Soçidə bəyanata yazdırıb ki, sərhəd problemi yalnız Rusiyanın egidası altında həll etmək olar.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yüksək qiymətləndirilib. Bunu daha çox Ermənistan öz xeyrinə şərh edəcək. Azərbaycan dəfələrlə bu kontingentdən narazılığını ifadə etmişdi. Görünür, bütün əvvəlki insidentlərə baxmayaraq, rəsmi Bakı üçün bu məsələ prioritet deyil. Əsas məsələ nəqliyyat kommunikasiyalarının açılması, sərhəd məsələsinin həlli və sonrakı mərhələdə sülh müqaviləsidir. Təbii ki, qarşı tərəf bəyanatdakı "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə edərək status tələbini qabardacaq. Ancaq sənəddə statusa dair bir eyham olmaması Azərbaycanın xeyrinədir. Azərbaycan 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarına əsaslanaraq, fundamental məsələləri həll etməyi hədəfləyir. Bunun nəticəsində Rusiya hərbi kontingentinin məsuliyyət ərazisini - hələlik Azərbaycanın nəzarət etmədiyi 3150 kv.km.-lik ərazini öz yurisdiksiyasına qaytarmağa çalışacaq. Bu nikbin perspektivdir. Sənəddə "regionun iqtisadi potensialının üzə çıxarılması" ifadəsi var. Bu, o deməkdir ki, prosesdə region ölkələrinin iqtisadi maraqları uzlaşdırılacaq. Və təkcə onların deyil. Xəzər hövzəsindəni neft-qaz layihələrini götürək. ABŞ, Avropa, ayrıca Böyük Britaniya bir tərəfdən, Rusiya, İran... o biri tərəfdən rəqabət aparırdılar. Sonunda bütün aktorların maraqlarını uzlaşdırmaq mümkün oldu. Bu dəfə də, çox güman ki, belə olacaq.//Bizimyol.info

Son xəbərlər

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Bütün xəbərlər