Laçın Dəhlizinə qarşılıq Zəngəzur Dəhlizi? - NƏ BAŞ VERİR?

dogruxeber.tv:: - Ermənistanda Zəngəzur Dəhlizi ilə bağlı müzakirələr gündəmi zəbt edib. Erməni cəmiyyətini maraqlandıran əsas məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun statusu, kimlər tərəfindən nəzarət olunacağı və digərləridir. JAMAZ.İNFO xəbər verir ki, rəsmi İrəvanın məsələ ilə mövqeyi qarışıqdır.

Belə ki, Ermənistan hökuməti ümumiyyətlə, dəhliz məsələsini yaxına buraxmır. Onlar Naxçıvana avtomobil yolu açıla biləcəyini deyirlər. Eyni zamanda, yola nəzarətin də onlarda olacağını bildirsələr də, qəti qərar verməkdə çətinlik çəkirlər. Lakin yol üzərində gömrük məntəqəsinin olacağını da istisna etmirlər.

Erməni ekspertlər isə hesab edirlər ki, hüquqi cəhətdən Naxçıvana uzanacaq Zəngəzur Dəhlizinə dəhliz statusu verilə bilməz. Bunun üçün qanunlarda əsaslı dəyişikliklərin edilməsini vurğulayırlar. Onlardan biri, hüquqşünas Leon Baqdasaryan deyir ki, Zəngəzur dəhlizi ilə bağlı siyasi qərar qəbul edərkən, daha sonra isə yolun istismarına dair Rusiya və Azərbaycanla dövlətlərarası müqavilə bağlayarkən, bütün bunlar həm Ermənistan, həm də beynəlxalq hüquqla tənzimlənməlidir. O bildirir ki, Zəngəzur beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanınır. “Məhz bu səbəbdən də Zəngəzur dəhlizi Ermənistan qanunlarına əsasən neytral zona kimi fəaliyyət göstərə bilməz. Bu zaman mütləq Ermənistan qanunları tətbiq olunmalıdır. Ona görə də, Azərbaycan tərəfinin ifadə etdiyi “Zəngəzur Dəhlizi”nəı dair yanaşma beynəlxalq hüquqa və yerli hüquqa ziddir. Bu bir halda mümkündür ki, məsələ referendum yolu ilə həllini tapsın”.

Baqdasaryan Laçın Dəhlizi ilə Zəngəzur Dəhlizinin eyni statusa malik olmadığını da vurğuylayıb. O deyib ki, əgər Azərbaycan tərəfi Laçın dəhlizi əvəzinə Zəngəzur dəhlizini təklif edirsə, bunu eyni müstəvidə müzakirə etmək mümkün deyil. “Ona görə ki, Qarabağ Naxçıvandan fərqli olaraq beynəlxalq səviyyədə tanınmayıb. Bu isə ayrıca hüquqi yanaşma tələb edir”.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər