gundem / siyaset / sosial
29.11.2021, 17:33
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib - ADLAR
dogruxeber.tv:- Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.


