gundem / sosial / bolge / Cəmiyyət
7.12.2021, 13:50
"Azəriqaz” rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək
dogruxeber.tv: - - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.
Azəriqaz İB-nin rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Qeyd edilir ki, “Azəriqaz” ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.//axar.az



