Parlamentdə "yiyəsiz" qalan YERLƏR: - "Qanuna görə Milli Məclisdəki 6 boş yerə seçki keçirilməlidir"


dogruxeber.tv: - “Parlamentdə 5-6 boş yer var ki, ora seçkilər keçirilməlidir”.

Bunu Milli Məclisdə boş qalan yerlərə seçki keçirilməməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev
açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, boş qalan yerlərə ədalətli və demokratik seçkilərin keçirilməsi Azərbaycanın imici üçün də yaxşı olardı:

“Azərbaycan Konstitutsiyasına görə Milli Məclisdə 125 deputat olmalıdır. Parlamentdə 5 nəfər yoxdur, bir nəfərin işi də məhkəmədədir, böyük ehtimalla onun da deputat səlahiyyətinə xitam veriləcək. Hazırda Milli Məclisdə 6 boş yer var. Qanuna görə altı boş yerə seçki keçirilməlidir. Əvvəl pandemiya tüğyan edirdi, başa düşdük, sonra müharibə şəraiti oldu, bunu da anladıq. Düşünürəm ki, indiki halda 5-6 yerə seçki keçirmək elə də problem olmamalıdır.

İkinci tərəfdən də, dairələrdə seçkilər tam demokratik, şəffaf keçirilməlidir. Bunun Azərbaycanın beynəlxalq imicinə çox müsbət təsiri ola bilər. Təəssüflər olsun ki, seçki ilə bağlı söz-söhbət belə yoxdur. Seçki keçirmək hakimiyyətə sərf etmir. Bir ara növbədənkənar parlament seçkiləri müzakirə olundu. Hesab edirəm ki, hakimiyyətə növbədənkənar parlament seçkiləri sərf etmir. Sakit, fağır adamları parlamentə təyin ediblər, orada oturublar.

Ölkədə prezident seçkiləri 2025-ci ilin aprelindədir. Parlament seçkiləri 2025-ci ilin fevralına düşür. 2024-cü ilin dekabrında isə bələdiyyə seçkilərinin vaxtıdır. Proqnozuma görə, 2024-cü ilin yazında, yayında parlament seçkiləri keçirilə bilər”.//yenicag.az

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər