gundem / sosial
11.12.2021
Ədliyyə polkovniki işdən çıxarıldı
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
M.Məmmədov daha aşağı vəzifəyə - Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.
Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.



