“Nar” “İlin mobil operatoru” adına layiq görüldü

"dogruxeber.tv" xəbər verir ki, “Nar”, 17 dekabr tarixində keçirilən “Caspian Business Awards 2021” mükafatlandırma mərasimində “İlin mobil operatoru” adına layiq görülüb. Seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.

Qeyd edək ki, mobil operator ötən hesabat dövründə abunəçi bazasında 5% artıma nail olub, həmçinin yüksəkkeyfiyyətli mobil internet xidməti sayəsində 4G istifadəçilərinin sayında 23% irəliləmə qeydə alıb. Bundan başqa, mühüm sosial əhəmiyyət kəsb edən layihələri ilə seçilən “Nar”, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, son üç ildə sosial fəaliyyətlərə ümumilikdə, 3 milyon manatadək investisiya ayırıb.

“2021-ci il bizim üçün abunəçilərimizə fərdiləşdirilmiş məhsullar təqdim etdiyimiz, müştərilərimizlə yenilənmiş xidmət mərkəzlərində görüşdüyümüz, sosial layihəri uğurla davam etdirdiyimiz bir il olaraq yadda qaldı. Bugün bu mükafata layiq görülməyimiz mobil operator olaraq fəaliyyətimizin düzgün istiqamətdə qurulmasının göstəricisidir. Növbəti ildə də abunəçilərimizə vəd etdiyimiz üstün xidmət dəyərini qorumaq üçün böyük əzmlə çalışacağıq”, - deyə “Nar”ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

Bildirək ki, mükafatın təsisçisi “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər