gundem / sosial / hadise / bolge
22.12.2021
Xaçmazda ağacları kəsən şəxs cəzalandırılıb
dogruxeber.tv: - Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov DİA.AZ-a bildirib ki, araşdırma zamanı ağacların Qusar rayon sakini Zeynal Mastanov tərəfindən kəsildiyi və təbiətə 7430 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
O qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


