Kredit hesabına yaşayırıq: “Ciddi siqnaldır” - ekspertdən HƏYƏCAN TƏBİLİ


dogruxeber.tv: - Ölkəmizdə kreditlər əmanətlərdən daha sürətlə artmağa başlayıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb. Belə ki, 2020-ci ilin sonuna nisbətən 2021-ci ilin 11 ayı ərzində bank sektorunun kredit qoyuluşları 2 milyard 125 milyon manat, əhalinin əmanətləri isə 873,8 milyon manat artıb.Yəni kreditlərin artması əmanətlərlə müqayisədə 2,4 dəfə çoxdur.

Qeyd edək ki, 30 noyabr 2021-ci il tarixində kredit qoyuluşları 16 milyard 282 milyon manat, əhalinin əmanətləri (fiziki şəxslərin depozitləri) isə 9 milyard 51,7 milyon manat təşkil edib. 2020-ci ilin sonundakı kredit qoyuluşları isə 14 milyard 157 milyon manat, əhalinin əmanətləri isə 8 milyard 177,9 milyon manat təşkil etmişdi.

Görünən odur ki, son illər pandemiya, inflyasiyanın artması, işsizlik insanları kredit hesabına yaşamağa vadar edib.

İqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, bu statistikanı həyəcan siqnalı kimi qəbul etmək lazımdır:

“Çünki, bu, əhalinin real gəlirlərinin onların kredit yükündən geri qaldığını göstərir. Yəni real gəlirlərin artımındakı dinamika kredit yükünün artımından xeyli aşağıdır. Nəzərə alaq ki, kreditlərin strukturunda çox böyük payı istehsal deyil, istehlak kreteditləri tutur. Ümumiyyətlə, istehlak kreditləri lazım olandan daha çoxdur. Bunun əksinə olaraq, istehsal üçün verilən kreditlər isə xeyli aşağıdır. Hesab edirəm ki, bu, çox ciddi bir vəziyyətdir”.

Ekspertin fikrincə, bu proseslər kredit problemlərinin əmələ gəlməsinə şərait yarada bilər:

“Əgər əhalinin real gəlirləri ilə kredit yükünün artımında mütənasiblik olmasa, bu, maliyyə sektorunun şişməsinə gətirib çıxarar. O, həmçinin real sektordakı istehsalla bağlı olan proseslərdəki müsbət trendlərin kölgə altına düşməsinə səbəb olar”.//cebhe.info

Son xəbərlər

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

Bütün xəbərlər