Ruslar indi də Qarabağda HOQQADAN ÇIXIRLAR... - BU NƏDİ BELƏ?

dogruxeber.tv: - Dünən –yanvarın 5-i gecə saatlarından Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər savaşımızın nəticələrinə və 10 Noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi də Madagiz adıyla daxil edilib.

Moderator.az Rusiya MN-in rəsmi saytına istinadla xəbər verir ki, 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və həmin tarixdən Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmış kəndimiz sülhməramlı kontingentin xəritəsinə ermənilərin işğal dövründə də qoyduğu adla “Madagiz” adıyla daxil edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov Moderator.az-a ətraflı açıqlama verib.

“Öncə onu bildirim ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı kontingentinin Azərbaycan Respublikasının müvafiq ərazisinə daxil olduğu ilk günlərdən Müdafiə Nazirliyinin müvafiq qurumları həm sülhməramlı kontingent komandanlığı, eyni zamanda Rusiya Müdafiə Nazirliyinə müraciət edərək sülhməramlı kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdə yalnız Azərbaycan Respublikasının rəsmən qəbul etdiyi və rəsmi dövlət xərətələrində əks olunan toponim və hidronimlərdən istifadə etməli olduqlarını(məsələn, “Stepanakert” əvəzinə Xankəndi, “Mardakert” əvəzinə “Ağdərə” və s.) nəzərlərinə çatdırmışıq. Və mütəmadi olaraq buna riayət etməyi onlardan tələb edirik.

Konkret olaraq sülhməramlıların 5 yanvar 2022-ci il tarixli xəritələrindəki qeyd etdiyiniz Tərtər rayonunun Suqovuşan kəndi ilə bağlı xətaya gəldikdə, əvvəla, biz dərhal bu haqda yenə də Rusiya MN-i və sülhməramlıların komandanlığını xəbərdar etdik. İkincisi də, əslində bundan öncəki 4 yanvar tarixli xəritə ilə müqayisədə sözügedən xəritədə ərazi genişlənməsi, dəyişiklik yoxdur. Yəni Suqovuşanın gerçək koordinatlarıyla sözügedən xəritədə “Madagiz” yazılmış məkanın koordinatları uyğun gəlmir. Sadəcə, yəqin ki, hansısa əməkdaşın texniki səhvi ucbatından və yaxud bilmədiyimiz digər səbəbdən 5 yanvar tarixli xəritədə “Madagiz” sözü yazılıb. Onu da vurğulamaq lazımdır ki, bəhs edilən xəritələrin təqdim edildiyi sayt birbaşa Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə məxsus sayt deyil və bilavasitə Rusiya Müdafiə Nazirliyinin saytıdır. Və belə çıxır ki, o xəritələrdəki belə xətalar birbaşa həmin qurumun əməkdaşlarının qeyri-peşəkarlıq və ya məsuliyyətsizliklərinin nəticəsidir. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı kontingentinin istifadə etdiyi xəritə sovet dövründəki SSRİ silahlı qüvvələr baş qərargahının xəritəsinə uyğunlaşdırılıb. Yəni, sadəcə, orada onların məsuliyyət zonasına aid ərazidəki adlar böyüdülərək xəritələrə daxil edilir. Bu xəritələrin yenilənməsi isə, hesab edirəm ki, bilavasitə Rusiya MN-in müvafiq qurumunun işidir... Bütün deyilənlərə rəğmən biz öncədən də, indi də bu cür yanlışlıqlar barədə Rusiya tərəfini xəbərdar edirik və buna davam edəcəyik. Və ümid edirik ki, bundan sonra qeyd edilən yanlışlıqlar düzəldiləcək və bir daha xətalara yol verilməyəcək. Sizə və əməkdaşı olduğunuz sayt rəhbərliyinə də Azərbaycan dövlətinin suverenliyi ilə bağlı belə məsələləri diqqətdə saxlayaraq dəstək olduğunuza görə təşəkkür edirik” –deyə MN rəsmisi vurğulayıb.

Biz də polkovnik-leytenant Anar Eyvazova ətraflı açıqlamaya görə minnətdarlığımızı bildiririk.

Xatırladaq ki, Moderator.az 2020-ci ilin sentyabr ayında Tərtər rayonunun Qapanlı kəndini də Rusiya MN-in təqdim etdiyi müvafiq xəritələrə daxil etməsi, eləcə də dekabrın 24-də Kəlbəcər ərazisindən Ermənistana yanlış patrul xidməti marşrutu qeyd etməsi haqda da məlumat verib.

Son xəbərlər

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Bütün xəbərlər