Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM

dogruxeber.tv: - Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov işsiz gənci işə götürəcəyi adı ilə aldadaraq 1000 (bir min) manatını alması faktı üzə çıxıb. Rayonun təmizlik şefi ötən illərdə aldatdığı rayon sakinini 4 ay müddətinə pulsuz və əmək müqaviləsiz işlərə cəlb edərək əməyini istismar edib, aşkar məmur özbaşınalığına yol verib. Bu azmış kimi, arada vasitəçi olmuş işçisi - müəssisənin qaynaqçısı Mustafayev Vüsal Yusif oğlunu da hər şeyi bildiyinə və haqqı tələb etdiyinə görə pandemiya dönəmində işdən çıxarıb.
"Demokratik TV"-yə bu barədə Gədəbəy sakinləri özləri danışıb.

Vüsal Mustafayevin dediyinə görə, 2 il əvvəl sabiq müdiri ona bildirib ki, idarəyə sürücü lazımdır və tanıdığı biri varsa işə götürə bilər. Lakin, sürücü götürüləcək şəxs ya nasaz maşınlardan birinin motorunu təmir etdirməli, ya da Kazımovun özünə 1000 manat rüşvət verməlidir. Vüsal da əvvəldən tanıdığı işsiz dostu Raminə müdirin təklifini çatdırıb, tərəflər razılaşıblar. Nəticədə, Vüsalın da iştirakı ilə Əkbər Kazımov özünün iş otağında Ramini işə götürmək adı ilə ondan 1000 manatını alıb. Lakin, üstündən aylar keçsə də Kazımov işsiz vətəndaşı aldadaraq vədinə əməl etməyib.

Həm Raminin, eləcə də Vüsalın deməsindən bəlli olur ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov düz 4 ay Raminin havayıca yerə təcrübə adı ilə işə gedib-gəlməsinə şərait yaradıb. Maaş almadığından və işə rəsmi qaydada götürülmədiyindən zərərçəkmiş bezib, sonda Əkbər Kazımovdan verdiyi pulunu geri istəyib. Nəhayətdə alıb, lakin, müdirə dostunun haqlı olduğunu bildirən və işdə vasitəçilik edən Vüsal da işindən qovulası olub. Vüsal qeyd edir ki, müdir onu haqsız yerə çıxarıb. Ə.Kazımov işçisinin oxuma və yazmağı yaxşı bilmədiyindən sui-istifadə istifadə edərək ona hansısa sənədlərə imza atdıraraq işsiz qoyub. Səbəb isə dostu ilə birgə müdirə verilmiş rüşvəti geri tələb etmələri - şəxsi qərəzçilik olub.

Vüsal onu da giley edir ki, baş verənlər onu pandemiya dövründə dövlətin maddi yardımına da əngəl törədib. Ötən illər ərzində nə yerli icra hakimiyyəti, nə də başqa qurumlar özbaşınalığı araşdırıb Kazımovu cəzalandırmayıblar. Əksinə, dəfələrlə İHB-yə müraciətinə etinasız yanaşılıb.

Faktla bağlı Əkbər Kazımovdan münasibət öyrənməyə çalışan jurnalist müdirin qəzəbilə üzləşib. Əkbər Kazımov heç nədən və heç kimdən qorxmadığını, jurnalisti saymadığını deyərək iddialara şərh verməkdən imtina edib.

Aradan xeyli müddət ötsə də, baş verənlər Gədəbəy Kommunal Müəssisələri Kombinatının taleyinin qeyri-şəffaf və rüşvətə bulaşmış əllərdə olduğunu deməyə əsas verir.
Xatırladaq ki, dövri mətbuatda Əkbər Kazımovun adı dəfələrlə öz tabeliyindəkilərlə qalmaqallarda hallanıb.

Oxunub: 902

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər