Azərbaycan ərzaq təhlükəsizliyini necə təmin edəcək?

dogruxeber.tv: - “Nazirlər Kabinetinin Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qeyd edilən məsələlər Azərbaycanda ərzaq təhlükəsizliyinin dayanıqlılığına xidmət edəcək”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseynli deyib.

Onun sözlərinə görə, hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır: “Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütun üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədəfləyir. Hələ 2001-ci ildə qəbul edilmiş “Ərzaq təhlükəsizliyi Proqramı”nda vurğulanırdı ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır. Hökumətin sonuncu iclasında müəyyənləşdirilən baza prinsipləri də məhz bu mühüm vəzifənin icrasına xidmət edir”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə "Report"a bildirib ki, hökumətin atacağı addımlar nəticəsində ölkədə ərzaq ehtiyatları yaradılacaq: “Azərbaycanda hökumətin müəyyənləşdirdiyi müvafiq istiqamətə uyğun olaraq bundan sonra da yerli resurslardan maksimum istifadə etməklə yerli istehsal potensialı gücləndiriləcək. Eyni zamanda Dövlət Taxıl Fondu ilə birgə fermerlərin buğda istehsalını təşviq etmək üçün yeni mexanizmlərin yaradılması üzərində təkliflər hazırlanacaq. Bu gün əsas etibarilə bizim ərzaq məhsullarının əksəriyyəti ilə özümüzü təmin etmə səviyyəmiz yüksəkdir. Ət, süd məhsulları ilə özümüzü 84-85 % təmin edirik. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı bərpa olunanda bu göstəricilər də yüksəlib 98-99 % olacaq. Kartofla özümüzü 90 %-dan çox təmin edirik. Orta müddətli dövr ərzində kartofla özünü təmin etmə də demək olar ki, 100 % -ə gəlib çatacaq. Yalnız buğda üzrə özünü təmin etmə səviyyəsində aşağı göstərici davam edir. Onun da istehsalının artırılması üçün məhsuldarlığın artırılması əsas məsələlərdən biridir. Həm ölkənin ərzaq ehtiyatları yaradılacaq, həm də yerli istehsalın göstəriciləri getdikcə yüksələcək”.

Xatırladaq ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş iclasa ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlanıb. Sözügedən 6 baza prinsip ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və digər məsələləri əhatə edir.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər