gundem / dunya
28.01.2022, 14:01
Hondurasda həbsxanada DAVA: Ölənlər var
Hondurasın Atlantik bölgəsində yerləşən Atlntida şəhərindəki El Porvenir həbsxanasında məhbuslar arasında qarşıdurma baş verib.
"dogruxeber.tv" xəbər verir ki, həbsxanada baş verən qarşıdurmada 4 məhbus həyatını itirib, 11-i yaralanıb.
Dəstə üzvləri ilə digər məhbuslar arasında yaranan davadan sonra hadisə yerinə çoxlu təcili yardım və polis qrupları göndərilib.
Hondurasdakı El Porvenir həbsxanasının maksimum tutumu 8 min olsa da, 22 min məhbusun olması həbsxanada daimi qarşıdurmalara səbəb olur.



