gundem / hadise
2.02.2022
Ötn ay 13 nəfər spirtli içkidən zəhərlənib
Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub.
Mərkəzdən "dogruxeber.tv"a verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib.
Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.



