gundem / idman
9.02.2022, 17:34
"Qarabağ"ın futbolçusu "Zirə"yə keçdi
"Qarabağ"ın futbolçusu Rahil Məmmədov "Zirə"yə keçib.
"dogruxeber.tv" xəbər verir ki, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam klubunda çıxış edir. O, daha əvvəl "Neftçi" və "Səbail" komandalarının şərəfini qoruyub.



