Kərim Vəliyev yoxlama keçirdi - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib.

Müdafiə Nazirliyindən "dogruxeber.tv"a verilən məlumata görə, gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb.

General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə dair xidməti müşavirə keçirilib.

Görülmüş işlərin təhlilini aparan general-polkovnik K.Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib, bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə edildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində HDQ-nin şəxsi heyəti Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib.

Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Sonda general-polkovnik K.Vəliyev HDQ-nin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını komandanlığa çatdırıb.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər