Müdafiə nazirinin müavini: “Naxçıvanda qazanılan uğurlar ordudakı kompleks islahatların nəticəsidir”













Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun qisimləri və əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri və psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyindən söz açaraq bu münasibətlə keçirilən silsilə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində rolunu vurğulayıb.

Müdafiə nazirinin müavini bildirib ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatların nəticəsidir.

Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxışında hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən əsas amillərdən olduğunu bildirib.

Təlim-metodiki toplantıda şəxsi heyətlə iş üzrə zabit və psixoloqlar ötən yarım il ərzində görülən işlər və 2018-ci ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər haqqında məruzə ediblər.

Toplantıda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Respublika Hərbi Prokurorluğu, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi nümayəndələrinin çıxışları da dinlənilib.

Toplantının sonunda hesabat dövründə döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi işində nümunəvi xidmətləri ilə fərqlənən zabitlər mükafatlandırılıb.

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər